2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Əlahiddə Ümumqoşun Orduda yeni tədris dövrü başlayıb

2023-cü tədris ilinin ikinci tədris dövrünün başlanması ilə əlaqədar Əlahiddə Ümumqoşun Orduda tədbirlər keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib.

Keçirilən mərasimlərdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Birləşmə və hissələrdə şəxsi heyətə sıra baxışı keçirilib və maddi-tədris bazaları yoxlanılıb.

Mərasimlərdə ötən tədris dövründə planlaşdırılmış tədbirlərin tam həcmdə icra olunduğu qeyd edilib, silahlanmaya yeni daxil olmuş silah və texnika, eləcə də qoşunlarda idarəetmənin təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlər haqqında şəxsi heyətə məlumat verilib və yeni tədris dövrü üçün əsas məqsəd və vəzifələr diqqətə çatdırılıb.

Bölmə komandirləri öhdəçilik götürərək digər bölmə komandirlərini də yeni tədris dövründə döyüş hazırlığı üzrə ən yaxşı olmaq üçün yarışlara dəvət ediblər. Çıxışların ardından şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button