Loading...
Loading...
Cəmiyyət

Əli Əliyevə qarşı yeni cinayət işi açılıb

Vətəndaş və İnkişaf Partiyasının sədri, həbsdə olan Əli Əliyevə qarşı yeni cinayət işi açılıb.

Partiyadan Turan-a verilən məlumata görə, bu dəfə Əliyev Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsilə (qəsdən sağlamlığa xəsarət yetirmə) ittiham olunur. Əsasən o, kamera yoldaşını döyməkdə ittiham olunur.

Əli Əliyev ittihamı rədd edir, onu uydurma və siyasi motivli adlandırır.

Bu, Əliyevə qarşı ard-arda dördüncü cinayət işidir. Partiya hesab edir ki, hakimiyyət hakimiyyəti sərt tənqid etdiyinə görə bu yolla onu uzun müddət təcrid etmək istəyirlər.

Daxili İşlər Nazirliyindən Turan-a bildiriblər ki, daha sonra məsələ ilə bağlı məlumat veriləcək.

Əli Əliyev bu il yanvarın 13-də Dövlət Sərhəd Xidmətinin  zabiti Emil Cəfərovun şikayəti əsasında böhtan ittihamı (Cinayət Məcəlləsinin 147.1-ci maddəsi) ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Aprelin 15-də məhkəmə Dövlət Sərhəd Xidmətinin digər zabiti Ramin Ədilovun Əliyevə qarşı şikayətini təmin edərək, cəzanın müddətini daha bir ay uzadıb.

İddialara 2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mİ-17 vertolyotunun qəzaya uğraması nəticəsində sözügedən zabitlərin sağ qalmasının mümkünsüz olması və vertolyotun Rusiya tərəfindən vurulması ehtmalı ilə bağlı Əli Əliyevin mətbuata açıqlaması səbəb olub.  Ötən ilin noyabrında Dövlət Sərhəd Xidmətinin vertolyotunun qəzaya uğraması nəticəsində bu qurumun 14 zabiti həlak olub, ikisi isə sağ qalıb. Və onlar iddia irəli sürüblər.

Əli Əliyev hər iki hökmü rədd edərək, həbsini “ölkə rəhbərliyinin siyasi sifarişi” adlandırıb.

İyunun 23-də Yasamal məhkəməsi hakim Yeni Azərbaycan Partiyasının keçmiş funksioneri Ramiz Göyüşovun şikayətini təmin edərək, Əliyevin cəzasını 1 ilədək artırıb. 2021-ci ilin sentyabrında Əli Əliyev “Bumeranq” TV-yə verdiyi videomüsahibədə onu “dovşan”, “frayer” və “masturbant” adlandırdıqdan sonra Göyüşov onu məhkəməyə verib.

Buna 2021-ci ilin sentyabrında İnternetdə yayılan kadrlar səbəb olub. Həmin kadrlarda Göyüşovun pornovideoya baxdığı görünür. Bu görüntüləri yayan jurnalist həbs edilib, Göyüşov isə partiyadan xaric edilib.

** Hüquq müdafiəçiləri Əli Əliyevi siyasi məhbus kimi tanıyıblar.

24 saat” “Əli Əliyevə qarşı yeni cinayət işi açılıb” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Kranın başına çıxan gənc 7 saat sonra özünü atıb - VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button