ÖZƏL

Əli Kərimliyə ünvanlanan sual İlham Əliyevə ünvanlanarsa…

26 fevralXocalı soyqırımının anım günü. AXCP sədri ənənsinə sadiq qalaraq “Xocalı harayı” abidəsini ziyarət edir. Elə hakimiyyət də ənənsini pozmayaraq müxalifətin kütləvi aksiyalarda iştirakına maneə törətmək üçün bütün vasitələrə əl atır. Bu dəfə ön planda müxalif kəsimə nifrəti ilə seçilən Abdullayev soyadlı “videobloqqer”dir.

İşin mənəvi, siyasi, etik tərəfinə toxunmadan keçid alıram əsas məsələyə. “Videobloqqer” Kərimliyə hakimiyyət trollarının hər zaman dilə gətirdiyi və Kərimlinin də dəfələrlə cavab verdiyi dəyişməz sualı ünvanlayır – “30 il müxalifətdə ola-ola necə dolanırsınız?”

Sual əslində Əli Kərimliyə ünvanlandığında çox bəsit səslənə və cavablandırıla bilər. Xatırladım ki, Kərimli bu suala cavabında bildirib ki, bu illər ərzində dostlarının yardımı sayəsində yaşayıb.

Amma bu sual eyni quruluşda ölkə başçısı İlham Əliyevə ünvanlanarsa, onda vəziyyət xeyli qəlizləşə bilər. Təsəvvür edin jurnalist ölkə başçısına sual verir ki, ölkənin 2 ən böyük müxalifət partiyasından birinin rəhbəri bu illər ərzində necə yaşayıb? Əlbəttə, əgər həmin sualı ünvanlamaq cəsarətində olan jurnalistin hakimiyyətdən ev almaq kimi dərdi yoxdursa, suala “partiyanın qərərgahı yoxdur”, “partiyanın möhürü yoxdur”, “partiyanın bank hesabı dondurulub” kimi dəstəkləyici arqumentləri də əlavə edə bilər. Məhz böyük rəsmi belə təsəvvür etdikdə İlham Əliyevin bu suala necə cavab verə biləcəyini düşünmək mümkünsüz olur.

Çünki konstitusiyası olan bir dövlətin müxalifət partiyalarını maliyələşdirmək kimi öhdəliyi olsa da, Azərbaycanda bu həssas məqam sözə qulaq asmayan müxalifətçilər üçün müxtəlif bəhanələrlə məhdudlaşdırılıb. Bu isə rəqibləri qeyri-demokratik şəkildə “zərərsizləşdirmək”dir.

Doğrudan da, bir ölkədə ən böyük müxalifət partiyasının ofisi, bank hesabı, möhürü və başqa önəmli rıçaqları olmadan necə yaşağı heç kimə, o cümlədən də ölkə başçısına maraqlı deyilmi? Doğrudanmı bu ölkədə hamı, hətta rəhbərliyi dönəmində rahat şəkildə müxalifətçiləri acından ölməməklə ittiham edən suallar yağdırılan İlham Əliyev də elə düşünür ki, müxalifətçilər acından ölməlidir?

Sonda onu da qeyd edim ki, AXCP sədrinin “videobloqqer”ə cavab verməməyi də yanlışdan yanlışdır. Əlbəttə, sualı ünvanlayanın kimliyi mahiyyəti ortaya qoysa da, amma suala cavab vermək siyasətçi üçün borcdur. Hətta sualı verən Ata Abdullayev yox, Mirşahin və ya Rauf olsa belə…

Qurdqanlı

Related Articles

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button