2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Əhsən Nuruzadə və Rövşən Məmmədli barədə bəyanat

Qafqazda Dini Etiqad və Vicdan Azadlığını Müdafiə təşkilatı Əhsən Nuruzadənin oğurlanmasını və jurnalist Rövşən Məmmədlinin həbsini pisləyib. Təşkilatın bəyanatında deyilir ki, hər iki şəxs Nardaran işi məhkəməsində Tale Bağırzadə və digər müttəhimlərə dəstək məqsədi ilə prosesi fəal izləyənlərdən olub, heç bir qanuna zidd hərəkətə yol verməyib.

Əhsən Nuruzadə Nardaran işində həbs olunanlara höküm oxunan günündən bir gün əvvəl yəni yanvarın 24-ü hansı güc orqanı tərəfindən saxlandığı barəsində rəsimi məlumat olmadan oğurlanıb. Bundan əlavə olaraq tanınmış jurnalist Rövşən Məmmədli də həmin günü yoxa çıxmışdı .Sonra məlum oldu ki, ona 30 sutkalıq həbs verilib.

Təşkilat qeyd edir ki, sosial şəbəkələrdə Seyyid Abdul Xaliq Ceferi kimi tanınmış Siyabov Xaliq və adının gizli saxlanmasını istəyən başqaları da evlərinin önündə tanımadıqları adamların növbə çəkdiyini və bunun onları “aradan götürmək” üçün olmasından şübhələndiklərini QDEVAM-a bildiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Təşkilat baş verənləri hökümətin inanclı insanlara qarşı represiyya siyasətinin davamı kimi qiymətləndirir. Tələb edir ki, Əhsən Nuruzadə ilə bağlı məsələyə aydınlıq gətirilsin, Rövşən Məmmədli azad olunsun, digər inanclı insanların qeyri-qanuni izlənməsini və təqibinə də son qoyulsun.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button