2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Əl-Cəzirə” kanalı Azərbaycan haqqında veriliş hazırlayıb – VİDEO

“Əl-Cəzirə” kanalında 6 dekabr tarixində Azərbaycanın uğurlu daxili və xarici siyasəti haqqında reportaj efirə gedib.

Oxu.Az-ın xəbərinə görə, reportajda Azərbaycanın Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistan ilə həmsərhəd olduğu və Xəzər dənizinə çıxışı olduğu qeyd olunaraq, Azərbaycanda müxtəlif millətlərin nümayəndələrinin sülh şəraitində yaşadığı vurğulanır.

Reportajda Azərbaycanın prezident üsul-idarəsinə malik ölkə olduğu, Azərbaycan xalqının ümummilli və tarixi lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafı, daxili siyasətin sabitliyi, hakim Yeni Azərbaycan Partiyası ilə bərabər qanunverici orqanda müxalifət partiyalarının təmsil olunması və siyasi plüralizm mühiti barədə məlumat verilir.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanın qonşu dövlətlərlə əlaqələrdə və regional siyasətdə tarazlı və müvazinətli xarici siyasət həyata keçirdiyi qeyd olunur. XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Əl-Cəzirə” kanalının müxbiri Ömər Kaşramın Azərbaycanın uğurlu xarici və regional siyasətinin sirri nədədir deyə sualına cavabında bildirir ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq müstəqil xarici siyasət həyata keçirir, digər dövlətlərin daxili işlərinə qarışmır, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurur.

Verilişdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin Azərbaycanın üzləşdiyi ən ciddi problem olaraq qalmaqda davam etməsi qeyd olunaraq, Azərbaycanın bütün imkanlardan istifadə edərək münaqişəni həll etmək əzmində olduğu vurğulanır.

4 dekabr tarixindən başlayaraq, “Əl-Cəzirə” kanalında Azərbaycan haqqında silsilə verilişlər efirə gedir. 4 dekabr tarixində verilmiş reportajda Azərbaycanın iqtisadi inkişafı, neft-qaz sektoru ilə bərabər qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi, ölkəmizin sənaye, turizm, gəmiqayırma, nəqliyyat və logistika sektorunun inkişafı haqqında məlumat verilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button