2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

98 yaşlı ukraynalı qadın müharibədən sağ çıxmaq üçün 10 km yol qət edib

Bu barədə Donetsk vilayətinin polisi danışıb.

Bütün günü yeməksiz, susuz cəbhə xəttindən gedərək, bir neçə dəfə yıxılıb, ayağa qalxıb və yenidən gedib.

Saytların yığılması Saytlarin yigilmasi

Axşama yaxın yorğun qadını hərbçilər görüb, onu dinc sakinləri cəbhəyanı ərazilərdən təxliyə edən “Ağ mələk” polis qrupuna təhvil veriblər.

Polis bunun dəqiq harada baş verdiyini açıqlamır, lakin nənə birtəhər cəbhə xəttini keçərək Ukraynanın nəzarətində olan əraziyə çata bilib.

Polis qadını sığınacağa aparıb, ona yatması üçün yer və yemək verilib. Onlar həmçinin nə cürsə Lidiya Stepanovnadan ayrı düşmüş qohumlarını tapıblar.

O deyib ki, atışma başlayanda onun gəlini və oğlu qaçmaq qərarına gəliblər, amma deyəsən müxtəlif yollarla gediblər.

Rus artilleriyası nənənin vaxtilə öz əlləri ilə tikdiyi evini dağıdıb.

“Orada hər şey alt-üst olub. Dəhşətdir, orada nələr baş verir… Mən oyandım… onlar hələ atırdılar. Dəhşətdir”, – Stepanovna Oçeretinoda baş verənlərlə bağlı deyib.

Belə bir dəhşətli və yorucu səyahətdən sonra o, çox uzun müddət özünə gələ bilmirdi və başına gələnləri həyəcanla danışırdı.

“Mən o müharibədən sağ çıxdım, indi də bu müharibəni yaşayıram. Mən hər şeyimi itirdim. Bu müharibə elə deyil. Evlər yanır, ağaclar kökündən qoparılıb”, – o deyir.

Qız nəvəsi nənənin dalınca gəlməyi vəd etmişdi.

Bir neçə gün əvvəl İvan adlı 88 yaşlı kişi də işğal altında olan Oçeretinonu piyada tərk edib. Polis onu görənə və Pokrovskdakı sığınacağa aparana qədər bütün gecəni gəzib.

İvan söyləyib ki, ruslar onun Ukrayna pasportunu götürüblər və ona rus pasportu verməli imişlər. Lakin o, çantasını yığıb və ərazini tərk edib. Özü ilə yalnız pensiya şəhadətnaməsini götürə bilib.

Ukrayna polis insanları cəbhə xəttini tərk etməyə çağırır.

Rusiya qoşunlarının atəşləri və təhdidləri səbəbindən on minlərlə insan Ukraynanın işğal olunmuş şərqi və cənub ərazilərindən çıxıblar.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button