2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İsrail fələstinli oğlanın qətlinə görə mümkün müharibə cinayətində ittiham olunur

BBC yarım əsrdən artıqdır ki, hərbi işğal altında olan İordan çayının qərb sahilində İsrail təhlükəsizlik qüvvələrinin hərəkətləri ilə bağlı apardığı araşdırma çərçivəsində həmin gün baş verənlərlə bağlı məlum olan hər şeyi toplayıb.

Mobil telefon və video müşahidə görüntüləri, İsrail hərbçilərinin yerdəyişmələri haqqında məlumatlar, şahid ifadələri və hadisə yerinin təfərrüatlı şəkildə araşdırılmasının yekun nəticələri insan haqlarının ciddi pozulmasından xəbər verir.

Saytların yığılması Saytlarin yigilmasi

İsrail Müdafiə Ordusu bəyan edib ki, ölüm halları “öyrənilir”.

İsrail ordusunun döyüş qaydalarına əsasən, atəş yalnız “həyata dərhal təhlükə yarandıqda və ya digər vasitələr tükəndikdən sonra həbs məqsədi ilə” açıla bilər.

BBC də oktyabrın 7-də HƏMAS-ın Qəzzadan İsrailə hücumundan sonrakı aylarda İordan çayının qərb sahilində zorakılığın artması ilə bağlı dəlillər aşkar edib: fələstinlilərin evləri üzərinə qraffiti rəsmləri çəkirlər, fələstinli mülki şəxsləri silahla hədələyirlər və onlara deyirlər ki, çıxıb qonşu İordaniyaya getsinlər.

Noyabrın 29-da çəkilmiş video görüntülərdə Basil pəncərə taxtaları möhkəm bağlanmış təsərrüfat malları mağazasının qarşısında dayanır. İordan çayının qərb sahilində yerləşən Cenin şəhərində mağaza sahibləri, adətən, İsrail əsgərləri peyda olanda pəncərə taxtalarını tez aşağı salırlar.

Şahidlərin dediynə görə, həmin gün İsrail ordusunun Cenin qaçqın düşərgəsində əməliyyat apardığı yerin yaxınlığında atəş səsləri eşidilib.

Futbol həvəskarı və Lionel Messinin böyük pərəstişkarı olan Adəm 14 yaşlı böyük qardaşı Baha ilə birlikdə dayanmışdı. Küçədə ümumilikdə doqquza yaxın oğlan var idi və onların hamısı videomüşahidə kameralarına düşüb və çəkilişlərdən, demək olar, hadisələrin baş verdiyi yeri bütövlüklə görmək olar.

Bir neçə yüz metr aralıda ən azı altı zirehli İsrail hərbi maşınından ibarət karvan tinə dönür, narahat olduğu görünən oğlanlara tərəf yönəlir. Bir neçə oğlan kənara çəkilir.

Məhz bu an mobil telefon görüntülərində zirehli maşının ön qapısının açıldığını görürük. İçəridə olan əsgər oğlanları yaxşı görürdü. Basil yolun ortasına qaçır, əsgərlərdən 12 metr aralı olan Adəm də qaçıb uzaqlaşmağa çalışır.

Daha sonra azı 11 atəş səsi eşidilir.

BBC hadisə yerini araşdırdıqdan sonra müəyyən edib ki, dörd güllə metal dirəyə dəyib, ikisi – təsərrüfat mağazasının pəncərə taxtalarına, biri dayanmış avtomobilin bamperini deşib, digəri isə tutacağa dəyib.

BBC-nin əldə etdiyi tibbi hesabatlara görə, iki güllə Basil-in döş qəfəsinə dəyib.

Başqa bir güllə qaçan səkkiz yaşlı Adəmin boynunun arxasına dəyib; böyük qardaşı Baha fədakarcasına onu daldalanacaq yerə sürükləməyə çalışır. Amma artıq çox gec idi. Baha-nın dediyinə görə, Adəm və dostu Basil onun gözləri qarşısında ölüblər.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button