2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları arasında idman yarışları keçirilir

Əlahiddə Ümumqoşun Orduda şəxsi heyətin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi və idmana marağın artırılması daim diqqət mərkəzində saxlanılır.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un yerli bürosu xəbər verir ki, bu məqsədlə “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır!” devizi altında müxtəlif idman yarışları keçirilir. Hərbi qulluqçularımız bu dəfə hərbi beşnövçülük birinciliyində güclərini sınayıblar.

Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Vahid Məmmədov birinciliyin şərtlərini və təhlükəsizlik qaydalarını iştirakçılara çatdırdıqdan sonra yarışa start verilib.

13 komandadan 75 idmançı maneələr zolağının dəf edilməsi, avtomatdan 200 metr məsafəyə atəş açma, uzaqlığa və dəqiqliyə qumbaraatma və 8 km məsafəyə kross qaçışı üzrə yarışlarda güclərini sınayıblar.

Ümumi nəticələrə əsasən tapşırıqlara ən qısa zamanda əməl edən xüsusi təyinatlılardan ibarət komandalar müvafiq olaraq 1-ci və 3-cü yerlərə, motoatıcılar isə 2-ci yerə layiq görülüb.

Fərdi hesabda qalib gələn idmançı hərbi qulluqçulara fəxri fərman, ilk üç pillədə qərarlaşan komandalara isə kubok və diplomlar təqdim edilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button