2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Əliyevi gözləyən ikinci təhlükə

Hakimiyyətin ənənəvi siyasətdən imtina etməməsi sanksiyaları reallaşdıra bilər

Donald Tramp ABŞ prezidenti seçildikdən sonra avtoritar rejimlərdə müəyyən gözləntilər yaranmışdı və belə düşünürdülər ki, yeni adminstrasiya demokratiya, insan haqları məsələsində loyallıq nümayiş etdirəcək. Amma ABŞ hökumətinin addımları bunun əksini göstərir. Artıq Tramp adminstrasiyasının xarici siyasətəki konturları görünməkdədir.

Belə ki, ABŞ Konqresi cümə axşamı icra hakimiyyətinin bütün dünyada korrupsiyaya uğramış, dövlət əmlakını mənimsəyən və jurnalistləri və hüquq müdafiəçilərini təqib edən məmurlara qarşı sanksiyalar tətbiq etmək hüququnu genişləndirən tarixi qanun layihəsini dəstəkləyib. Qlobal Maqnitski Qanunu imzalanması üçün ölkə prezidentinə təqdim ediləcək və ilin sonuna qədər imzalanacağı gözlənilir. Bundan sonra Administrasiya təkcə insan hüquqlarını pozanlara qarşı sanksiyalar qoymaq hüququ əldə etməyəcək, həm də Konqresin bu cür pozuntuları araşdıracaq şəxsləri təyin etməsində iştirak edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bir vaxtlar “Maqnitsk Qanunu” deyəndə göz önünə Rusiya gəlirdi, indi isə bu qanun bütün dünyaya şamil edilir. Maraqlısı budur ki, qanunun müəllifləri senator Ben Kardin və konqresmen Kris Smitdir. Onlar Azərbaycan hökumətini, Azərbyacan hökuməti də onları yaxşı tanıyır. Bu adamalr Azərbaycan hökumətinə qarşı sanksiya təşəbbüsü ilə çıxış ediblər, hakimiyyətin anti-demokratik siyasətinə sərt təpki göstəriblər.

Bəli, Azərbayca hakimiyyətinin ənənəvi siyasətə davam etdiyi bir vaxtda, ABŞ-dan daha ciddi addımlar atılmaqdadır. Hətta Kris Smit bildirib ki. Onlayn təhqirə görə həbs olunan adamlar siyasi məhbus hesab ediləcək.

Yəni, Azərbaycan hökuməti repressiya siyasətini davam etdirdikcə, daha ağır vəziyyətə düşəcək. Onsuz da ölkə barıt çəlləyinə dönüb, daxildə ciddi narazılıq hökm sürür və belə bir vaxtda dünya ilə son bağların da qopardılması hakimiyyət üçün başağrısına çevriləcək. Reallıq onu göstərir ki, hökumətin cinayətkar kimi təqdim etdiyi şəxsləri dünya qəhrəman kimi qəbul edir. Son olaraq “heykəl məhbusları” 10 il həbs cəzası verilməsini də, beynəlxalq aləm repressiya kimi qiymətləndirdi. Əlbəttə ki, hökumətin bu siyasəti davam etdirməsi komanda daxili ziddiyyətləri də gücləndirəcək. Sanksiyalar məsələsinin yenidən gündəmə gəlməsi və bu prosesin başında məlum senatorların olması xeyli məsələlərə aydınlıq gətirmiş olur.

Ona görə də hakimiyyət anti-demokratik addımlarla ölkəni daha böyük dalana yuvarlamamalı və böhranı daha da dərinləşdirməkdən imtina etməlidir. Artıq enerji və təhlükəsizlik arqumentləri ilə manevr etmək mümkün deyil. Bu həm də onun mesajıdır ki, ABŞ hökuməti demokratiya və insan haqları məsələsində güzəştə getməyəcək, Tramp adminstrasiyası bu məsələdə nəfəslik açmayacaq.

Deməli, daxildəki vəziyyətin kəskinləşdiyi bir dövrdə, xarici təzyiqlər hökumətə ikinci təhlükə yaradacaq. Və hər iki təhlükənin reallaşmasının əsas səbəbi hakimiyyətin özüdür. Hakimiyyət qazdığı dərin quyuya özü düşəcək.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button