2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ərdoğan və Ceyhun Bayramov Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər – YENİLƏNİB-2

Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü barədə məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un xəbərinə görə, qurumdan bildirilib ki, görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlər, həmçinin regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında iyulun 31-də Ankarada keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb.

“Report” xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlıq və mövcud geosiyasi durum müzakirə olunub.

R.T.Ərdoğan və C.Bayramov həmçinin Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması prosesinin gedişatı barədə də fikir mübadiləsi aparıblar.

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

“Report” xəbər verir ki, məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.

Qeyd edək ki, C.Bayramov Türkiyədə rəsmi səfərdədir. O, iyulun 31-də Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün Anıtqəbir məqbərəsini ziyarət edib.

Daha sonra C.Bayramov və H.Fidan arasında təkbətək və geniş tərkibdə görüş olub. Nazirlər danışıqlardan sonra birgə mətbuat konfransı keçiriblər.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button