2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Ərinin təhqirinə dözməyib intihar etdi

Avqustun 31-də Salyan rayonunun Xıdırlı kəndində intihar hadisəsi olub. 31 yaşlı Göyüşova Kəmalə İkram qızı anasının evində özünü asıb.

İntiharın səbəbi barədə “Lent.az” saytının yaydığı xəbərə görə, K.Göyüşova ailəli olub və 5 yaşlı qızı var. Xıdırlı kənd Ərazi Nümayəndəliyində xadimə işləyən qadının ailəsində həyat yoldaşı ilə tez-tez münaqişələr baş verirmiş. Əri onu döydüyü üçün təxminən 10 gün əvvəl K.Göyüşova 102-yə zəng edərək polisdən kömək də istəyib. Daha sonra isə o, anasının evinə qayıdıb.

Saytların yığılması Saytlarin yigilmasi

Dünən isə kənd sakinlərindən birinin həyətində keçirilən toy mərasimində Kəmalə əri ilə rastlaşıb və orada onlar arasında münaqişə baş verib. Həyat yoldaşının insanların arasında onu təhqir etməsinə dözməyən qadın daha sonra evə gələrək, hamamda özünü asıb. Onun meyitini 5 yaşlı qızı aşkarlayıb.

İntihar edən qadının həyat yoldaşı Bakıdakı ixtisaslaşmış zavodlardan birində çalışır.

Faktla bağlı Salyan rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button