2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“1-2 ilə Azərbaycanda 100 min erməni məskunlaşa bilər”

Sabir Rüstəmxanlı: “Əgər xalqın narazılığı olmasa, bunun baş verməsi mümkündür”

 

Saytların yığılması Saytlarin yigilmasi

Son günlər vaxtiylə Azərbaycanda yaşayan bəzi ermənilərin yenidən ölkəmizə gətirilməsi bəzi vətəndaşlar, eləcə də siyasilər tərəfindən ciddi etiraza səbəb olmaqdadır. Onların bir çoxu hesab edir ki, torpaqlarımızın işğal altında qaldığı indiki dönəmdə ermənilərin Azərbaycana artmaqda olan axını yanlış addımdır və bu bir dövlət olaraq ölkəmizin nüfuzuna yaxşı heç nə vəd etmir.
Məsələ ilə bağlı 24saat.org-a açıqlama verən sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı baş verənlərin yolverilməz olduğunu vurğulayıb:
“Normal bir sülh bağlanmayana qədər onların bura gəlişini burdakı ermənilərin, erməni qohumlarının arzusu hesab edirəm. Bu, doğru bir şey deyil. Hələ ki, bir nəfər də olsun azərbaycanlı Ermənistana qayıtmayıb. Əgər belə bir proses getsə, hər kəs öz yurduna qayıtsa, o zaman ermənilərin bura gəlməsini başa düşmk olar. Hər şey paralel olmalıdır. Ermənilər bura gəldiyi kimi burdan da bizim insanlarımız ora getməlidir. 88-ci il, 90-cı il, müharibə, torpaqlarımızın işğalı unudulub, erməni sevgisi ilə yaşayan insanlar peydə olub. Əgər xalqın narazılı olmasa, 1-2 ilə Azərbaycanda 50-100 min erməni məskunlaşa bilər. Onlar həyasız insanlardır. Hara deyirsən gedirlər. Onlar xüsusi proqramla hərəkət edirlər. Azərbaycanda qısa müddətdə çoxlu sayda erməni yerləşə bilər. Bu, yolverilməzdir. Nə qədər ki, normal sülh müqaviləsi imzalanmayıb, torpaqlarımız işğaldan azad edilməyib, buna yol vermək olmaz. Qarabağ azərbaycanlıları öz yerlrinə qayııtmayıb, Ermənistan çıxanlar ora dönməyib… Bəs necə olur ki, ermənilər Azərbaycana qayıdır? Hesab edirəm ki, bu məsələdə diqqətli və prinsipial olmaq lazımdır”

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button