2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

10 yaşlı Nurayla bağlı ŞOK FAKT: Məktəbə getmirmiş…

Quba Rayon məhkəməsində zorakılıq faktı ilə üzləşən 10 yaşlı Nuray Bayramzadə bu tədris ilində – sentyabrın 15-dən dekabrın 7-dək təhsildən yayınıb.

24saat.org  bildirir ki, bunu Trend-ə Ombudsman Aparatının Aparat rəhbəri Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, N.Bayramzadə bu müddətdə təhsil aldığı Quba rayon Alekseyevka kənd məktəbinə müxtəlif vaxtlarda tibbi arayışlar verib. Lakin dekabrın 7-dən sonra o, məktəbə fasilələrlə gedib.

A.Səfixanlı qeyd edib ki, bu il yanvar ayından N.Bayramzadənin təhsil aldığı məktəb dəyişdirilib. Hazırda Quba rayon 4 saylı orta məktəbdə təhsil alan N.Bayramzadə dərslərdə iştirak edir:

Saytların yığılması Saytlarin yigilmasi

“İndi ən çox müzakirə olunan məsələ bu uşağın kimin himayəsində qalacağıdır. Bizi isə indi daha çox bu maraqlandırır ki, uşağın hüquqları təmin olunsun, təhsildən yayınmasın. Hazırda biz onun təhsil məsələsini diqqətdə saxlayırıq. Ombudsman Aparatının Quba Regional bölməsi bu məsələni diqqətdə saxlayır və N.Bayramzadə təhsildən yayınarsa, bu barədə bizə məlumat veriləcək”.

A.Səfixanlı qeyd edib ki, hazırda Ədliyyə Nazirliyi tərəfindən məhkəmədə baş verən hadisələrlə bağlı daxili tədqiqat aparılır. Tədqiqat bitən kimi bu barədə Ombudsman Aparatına məlumat veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə Quba rayon icra şöbəsinin icra məmurları tərəfindən ötən ilin dekabrın 7-də yetkinlik yaşına çatmayan N.Bayramzadənin xalasından alınaraq atası Əvəz Bayramova verilməsi barədə məhkəmə qətnaməsinin icrası prosesində icra məmurlarının azyaşlıya zor tətbiq etməsi ilə bağlı videogörüntü yayılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button