2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

105 ölkədə olan 300-dən çox təşkilat İlham Əliyevə müraciət etdi: Seçki günü internetə təhlükəsiz çıxış olsun

“İnternetin dayandırılması həm də jurnalistlərin yerdən reportaj hazırlamasını son dərəcə çətinləşdirir”

105 ölkədə olan 300-dən çox təşkilat İlham Əliyevə müraciət edərək, seçki zamanı və seçkilərdən sonra Azərbaycan xalqının internetə təhlükəsiz çıxışını təmin etməsini istəyib.

Həmin təşkilatları birləşdirən qlobal şəbəkə #KeepItOn koalisiyasının üzvləri bildirirlər ki, Azərbaycan hökuməti və internet provayderləri seçki günü pulsuz, açıq və təhlükəsiz internetə çıxışı təmin etməlidirlər.

Saytların yığılması Saytlarin yigilmasi

#KeepItOn bu məsələdə İlham Əliyevlə yanaşı, Baş nazir Əli Əsədov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev və Aztelekom, “Azercell Telecom”, “Nar”, “Bakcell” rəhbərlərinə də müraciət edib.

Müraciətdə deyilir ki, hökumət hər kəsin sərbəst ifadə, toplaşma, birləşmək üçün məlumat və imkanlara maneəsiz çıxışını təmin etməlidir. Bu baxımdan internet və sosial media platformaları iştirakçı idarəetmənin gücləndirilməsində, inklüzivliyin və şəffaflığın inkişaf etdirilməsində və demokratik cəmiyyətdə əsas insan hüquqlarının – Azərbaycan Konstitusiyasında təsbit olunmuş bütün prinsiplərin həyata keçirilməsində mühüm rol oynayır:

“Seçki prosesləri və siyasi namizədlər haqqında ictimai müzakirələrə şərait yaradır və seçicilərə öz hərəkətlərinə görə hökumətləri cavabdehləndirməyə imkan verir. İnternetə və rəqəmsal platformalara çıxış, həmçinin jurnalistlər, hüquq müdafiəçiləri və seçki müşahidəçiləri tərəfindən effektiv seçki hesabatlarının hazırlanması, monitorinqi və işıqlandırılmasını asanlaşdırır”.

Daha sonra Azərbaycanda internetin əvvəllər də məhdudlaşdırılmasına toxunulub.

Məsələn, 2023-cü il sentyabrın 19-da Dağlıq Qarabağ bölgəsində başlanan hərbi əməliyyat zamanı Füzuli şəhərində internet bloklanmışdı.

Eyni zamanda, hökumət mitinqlər zamanı aksiyaların keçirildiyi ərazilərdə də interneti bloklayır.

2022-ci il sentyabrın 14-də Azərbaycan-Ermənistan sərhədində hərbi hücum zamanı “TikTok”a giriş məhdudlaşdırılmışdı.

Müraciətdə deyilir ki, internetin bağlanması və zorakılıq əl-ələ verir. Münaqişə, etirazlar və ya ictimai sağlamlıq vəziyyətində fövqəladə hallar zamanı internetin bağlanması həyati, vaxtında və potensial xilasedici məlumatların əlçatanlığını məhdudlaşdırır, həmçinin fövqəladə hallar xidmətlərinə çıxışı məhdudlaşdırır.

#KeepItOn əlavə edir ki, internetin dayandırılması həm də jurnalistlərin yerdən reportaj hazırlamasını son dərəcə çətinləşdirir və bununla da həm Azərbaycanda, həm də Azərbaycandan kənarda insanların etibarlı məlumat əldə etməsinə imkan vermir.

“Bu, Mərkəzi Seçki Komissiyasının, milli və beynəlxalq seçki müşahidəçi qruplarının, siyasi partiyaların, media orqanlarının və vətəndaş cəmiyyətinin seçki prosesini yaxından izləməsini çətinləşdirər”.

Müraciətdə internetin bağlanmasının milli və beynəlxalq qanunlara zidd olduğu da önə çəkilir. Belə addımın Azərbaycan Respublikasının Konstitusiyası (maddə 47, 49, 50), Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (UDHR) və Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt da daxil olmaqla, milli, regional və beynəlxalq çərçivələrlə təmin edilən əsas insan hüquqlarını pozduğu deyilir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Komitəsi özünün 37 saylı şərhində də vurğulayır ki, “iştirakçı dövlətlər, məsələn, dinc toplantılarla bağlı İnternet bağlantısını bloklamamalı və ya mane olmamalıdır”.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button