Loading...
Loading...
Siyasət

120 Azərbaycan sülhməramlısı Əfqanıstanı tərk edib

Bakı/26.08.21 Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da gecə saat 01:00 radələrində bu ölkədən çıxarılıb. Hazırda sülhməramlılarımız və onlara məxsus silah, hərbi əmlak hava yolu ilə Ankara şəhərinə daşınıb. Qısa müddətdə hərbi qulluqçularımızın Vətənə qayıdışı planlaşdırılır. Bu barədə Azərbaycan Müdafiə nazirliyinin məlumatında deyilir.

Xatırladaq ki, Azərbaycan sülhməramlı kontingenti Əfqanıstanda Türkiyə sülhməramlı qüvvələrinin tərkibində fəaliyyət göstərirdi və Kabil aeroportunu mühafizə edirdi.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda sülhməramlı missiyası 2002-ci ilin noyabrında başlayıb. Kontingentin tərkibində hərbi həkimlər və qərargah zabitləri də var idi. -02D-

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button