2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

15 yaşlı Nəzrinin erməni qanına bulanmış -Əlcəkləri…

Bir neçə gündür ki, demək olar ki, bütün saytlar yanvarın 29-da Gürcüstan paytaxtında keçirilən K-1, Tay boksinq və Kiqboksinq üzrə beynəlxalq açıq turnirində erməni idmançıların biabırcasına məğlubiyyətindən yazırlar. Xaçmaz Azad Kiqboksinq Klubu bu yarışda doqquz nəfərlə təmsil olunub. Onlar vətənə beş qızıl və dörd gümüş medal gətiriblər. Bunu sadəcə məlumat üçün yazdım. Sözümün canı isə tam başqadır. Yarış günü interneti erməni idmançısını qabağından qaçırdan 15 yaşlı Nəzrinin şəkilləri bürümüşdü. Bu rüsvayçı qaçışdan sonra biz də bilmirdik ki, sən demə yeniyetmə kiqboksçunun növbəti rəqibi də Gürcüstan bayrağı altında yarışa çıxan erməni idmançı olub. Çox qısa bir müddətdə rəqibini darmadağın edən Nəzrin qızıl medal qazanıb. O, Azərbaycana qürurla qayıdıb. Bu yarışdan yeniyetmə kiqboksçuya təkcə medal, diplom və xatirələr qalmayıb. Məncə, ən böyük xatirə döyüş zamanı əlinə geydiyi əlcəyin üstündə erməni rəqibinin ağzından axan qan izləridir. Bəziləri qınaya da bilər, qandan nə xatirə? Amma mən öyrənəndə ki, yarışa yollanmazdan əvvəl babası Əmirəli kişi nəvəsinə nə deyib, hesab etdim ki, düz düşünürəm.
Bəs nə deyib Əmirəli kişi? İnanın mənə, bu yazdıqlarım onun dedikləridir:
 “Bala, artıq sən kiminlə qarşılacağını bilirsən. Başa düşürəm, sənə çətindir. Amma vətənə şərəflə qayıt. Döyüş zamanı gözlərinin önünə Xocalıda vəhşicəsinə qətlə yetirilən qız-gəlinləri gətir. Qarınlarından körpələri vəhşiliklə çıxarılaraq öldürülən qadınları və körpələri gətir. Qarşında onların törəmələridir. Bundan artıq sənə heç nə demirəm. ” Nəzrin də deyir ki, rinqə çıxanda babamın dedikləri yadımdan çıxmırdı. Rəqibimə zərbə endirərkən gözlərimin önünə televizorda gördüyüm Xocalı səhnələri gəlirdi. Sanki intiqam alırdım. Hə, fəxr etmək olar. Kim istəyir məni qınasın, mən Nəzrinin qanlı əlcəkləri ilə fəxr edirəm! Heç istəmirəm ki, o bu əlcəklərin üstündəki qan ləkələrini  yusun. Qoy təzəsini alıb, onları xatirə kimi saxlasın, evlərinə gəlib-gedənlərə, dostlarına göstərsin. Bir də özüm də daxil olmaqla biz kişilər 15 yaşlı Nəzrindən nümunə götürməliyik. Torpaqlarımızın 20 faizi erməni daşnaklarının əlində olsa da ,  əllərimiz tər-təmizdir, hərdən krem çəkməyi də unutmuruq. Nə isə…
Birindən də yazacağam. Yarışa getməzdən öncə erməni ilə qarşılaşacağını bilən 15 yaşlı İkramdan. Onun əmisi Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Atası-elə bu kiqboksçuların baş məşqçisi Ramin Nəcəfov da oğluna deyib ki, nəyin bahasına olursa-olsun rəqibini məğlub etməlidir. O da belə edib. İkram rinqdə Valeriy Osyanı möhkəm əzişdirib, birincilik qazanaraq öz çəki dərəcəsində çempion olub.  Geri qayıdandan sonra nə desə yaxşıdı? “Əmimin intiqamını bacardığım qədər aldım.” Bu da İkramın dedikləri. Əgər hərəmiz bir sahədə ermənilərə qarşı bacardığımızı etsəydik nə dərdimiz?
Qoçaqlı kəndində yaşayan ləzgi balası Əhməd Mirzəbəyov da Bokolo Suvaliyana rinqdə aman verməyib. Rəqibini elə günə qoyub ki, bir də çətin özünə gələr. Bəli, 17 yaşlı Əhməd bizə başucalığı gətirib. Erməni rəqibini rüsvaycasına məğlub edərək birinci olub, qızıl medal qazanıb, Azərbaycan bayrağını yüksəklərə qaldırıb. Gecəsini gündüzünə qataraq məşq edən, uzaq Qoçaqlı kəndindən Xaçmaz şəhərinə məşqlərə ardıcıl gələn Əhməd də bu xalqın dəyərli oğludur.
Mən digər idmançılarımızı da təbrik edirəm. Xüsusilə də, Xaçmaz Azad Kiqboksinq Klubunun prezidenti, Xaçmaz rayonunun kiqboksinq üzrə baş məşqçisi Ramin Nəcəfovu. Bu insan min-bir əzaba qatlanaraq çalışıb, doğma oğlunu güclə pul taparaq yarışa aparıb. Özü isə qəpik-quruşla Gürcüstan paytaxtına gedib. Bu haqda da düşünmək lazımdır. Bunu jurnalistlər yox, bölgənin bahalı otellərində kef məclisləri quran və pulu yarpaq kimi havaya sovuran bəzi rəsmilər və imkanlı şəxslər düşünməlidirlər.
Yazını burada bitirirəm. Amma nədənsə 15 yaşlı Nəzrinin qanlı əlcəyini yadımdan çıxara bilmirəm.  Bir az da xəcalət çəkirəm… Çünki o əlcəklər hamımızda olmalıdır…
Müqəddəs Mehdiyev, “Şimal xəbərləri” qəzetinin baş redaktoru

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button