2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

2047 gündəlik yoluxma aşkarlanıb, 39 ölüm 

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
2047 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 2610 nəfər sağalıb.

Bu məlumatı aprelin 22-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 39 nəfər də vəfat edib:

Saytların yığılması Saytlarin yigilmasi

“İndiyədək ölkədə ümumilikdə 307 min 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 272 min 575 nəfər sağalıb, 4274 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 31 131 nəfərdir”

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 12542, indiyə qədər isə ümumilikdə 3 milyon 153 min 877 test icra olunub.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

24 saat” “2047 gündəlik yoluxma aşkarlanıb, 39 ölüm ” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button