Loading...
Loading...
24 saat

“25 nəfəri xilas etdim, 24-25 nəfər isə diri-diri yandı”

“Səhərə yaxın idi. Bir də gördüm ki, hər yeri tüstü-duman bürüdü. Palatadakıları öskürək tutdu. Alovu görəndə özümü itirmədim. Tez otaqlara girib, xəstələri çölə çıxartmağa başladım. Təkbaşına 25 nəfəri xilas etdim. Sonra alov o qədər gücləndi ki, içəri girmək mümkün olmadı. Təqribən 24-25 nəfər diri-diri yandı”.

24saat.org xəbər verir ki, bunu Yenicag.az-ın hadisə yerində olan müxbirinə, hadisənin şahidi, adının çəkilməsini istəməyən mühafizəçi deyib. O bildirib ki, yataq xəstələrinin müalicə aldığı köhnə tikilidə başlayan yanğın bir anda baş verib.

Qeyd edək ki, Nakoloji Dispanserdə baş verən baş verən dəhşətli yanğınla əlaqədar olaraq hadisə yerinə Prezident İlham Əliyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, Bakı şəhər İcra Hakimiyyənin başçısı Hacıbala Abutalıbov, baş prokurorun birinci müavini Rüstəm Usubov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov gəliblər.
Rəsmi məlumatda 24 nəfərin yanarq öldüyü bildirilir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button