İqtisadiyyat

4 Mərkəzi Bank rəqəmsal valyutanı sınaqdan keçirəcək

Tamara Mustafayeva, Banco.az

4 Mərkəzi Bank rəqəmsal valyuta layihəsi həyata keçirəcək.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Beynəlxalq Hesablaşmalar Bankı (BIS) tərəfindən hazırlanan layihə çərçivəsində Avstraliya, Malayziya, Sinqapur və Cənubi Afrika Mərkəzi Bankları rəqəmsal valyutadan (CBDC) istifadəni sınaqdan keçirməyə hazırlaşır.

“Dunbar Layihəsi” adlandırılan bu təşəbbüsün icrası məqsədilə rəqəmsal valyuta ilə beynəlxalq ödənişlərin həyata keçirilməsi üçün müştərək platforma yaradılacaq. BIS tərəfindən edilən açıqlamaya görə, bu sistemlə mərkəzləşdirilmiş rəqəmsal valyutalar arasında birbaşa köçürməyə imkan yaradılacaq ki, bu da, öz növbəsində vaxt və pul sərfiyyatını azaldacaq.

Qeyd edək ki, sözügedən layihənin elan edilməsindən sonra kriptovalyuta növlərində qiymət artımı müşahidə edilib.

Instagram

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button