2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

5 yaşında dünyaya uşaq gətirən -DÜNYANIN ƏN GƏNC ANASI – Lina Medina

24saat.org qeyri-adi hadisələrdən biri hesab olunan Lina Medinanın həyat hekayəsini təqdim edir:

1933-cü il sentyabrın 27-də Perunun Tikkrapo şəhərində  anadan olmuş Lina tibb tarixində ən gənc ana sayılır.

O, ilk övladını özü 5 yaş 6 ay 17 günlük olarkən  dünyaya gətirib. Linanı xəstəxanaya valideynləri qarnında şiş əmələ gəlməsindən şübhələndikləri üçün gətirmişdilər. Həkimlərin ilkin qənaəti də ata-ananın şübhələrini təsdiqləyirdi. Amma tezliklə qızın hamiləliyin yeddinci ayında olduğu aşkarlanır.

Saytların yığılması Saytlarin yigilmasi

Həkim Jerardo Lozada Linanın həqiqətən də hamilə olduğunu təsdiqlətdirmək üçün qızı Perunun paytaxtındakı klinikalardan birinə aparır və diaqnoz təsdiqlənir.

Uşağın çanaq sümükləri kifayət qədər inkişaf etmədiyindən, həkimlər əməliyyat etmək qərarı verirlər. Ay yarımdan sonra, 1939-cu il mayın 14-də doktor Lozada və doktor Kolaretin həyata keçirdiyi qeysəriyyə əməliyyatıyla Lina bir oğlan uşağı dünyaya gətirir. Körpənin çəkisi 2,7 kiloqram olur, anası ona həkiminin şərəfinə Jerardo adını qoyur.

Bütün şübhələr əvvəlcə Linanın atasının üzərinə düşür, onu həbs edirlər. Amma günahı sübuta yetmədiyindən, onu azad edirlər.

O dövrün mətbuatında bu hadisə geniş müzakirə predmetinə çevrilir. Bəzi qəzetlər yazırlar ki, Linanın böyüyüb boya-başa çatdığı kənddə yaşayan hindular kütləvi orgiya ilə başa çatan el şənlikləri zamanı zorlayıblar.

Lakin bütün versiyaların səslənməsinə baxmayaraq, Linanın uşağının atasının kimliyini müəyyən etmək mümkün olmayıb. Onun oğlu sağlam böyüyüb və 1979-cu ildə 40 yaşında olarkən vəfat edib.

24saat.org

Lina_medina

lina2

lina3

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button