2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Aclıq edən Elnur Həsənovun yaxınları yaxınları onun səhhətindən narahatdırlar

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənov aprelin 18-dən 1 saylı Bakı İstintaq Təcridxanasında quru aclıq edir.

Yaxınları onun səhhətindən narahatdırlar.

“Aprelin 24-də Elnur zəng etmişdi. Onun səsi demək olar ki, çıxmırdı, xırıldaya-xırıldaya danışırdı. Biz onun komaya düşəcəyindən narahatıq. Xahiş etməyimizə baxmayaraq, aclığı davam etdirəcəyini bildirdi”, – Həsənovun qohumlarından biri deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bununla yanaşı, aprelin 25-də özünü təcridxananın əməkdaşı kimi təqdim edən şəxs Həsənovun ailə üzvlərinə zəng edərək rəhbərliklə görüşmək üçün təcridxanaya gəlməyi təklif edib.

Penitensiar Xidmətdə Həsənovun səhhətilə bağlı Turan-ın sorğusuna hələ cavab verməyiblər.

*Elnur Həsənov 28 noyabr 2023-cü ildə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi) ilə həbs edilib. Fəal hesab edir ki, həbsinin əsl səbəbi yol polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir. Aprelin 18-də məhkəmədəki çıxışına hazırladığı qeydlərin götürülməsinə etiraz olaraq aclıq elan edib.

Eyni zamanda Elnur Həsənov ona qarşı cinayət işinin saxtalaşdırılmasına etiraz edir və azaldığa buraxılmasını tələb edir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button