2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ səfiri mətbuatın sıxışdırılması, Konqresin sanksiyaları və Şuşa səfəri barədə

Ötən ilin noyabrından Azərbaycanda müstəqil mətbuatın və vətəndaş cəmiyyətinin sıxışdırılması müşahidə olunur ki, bu da son dərəcə narahat edir və Azərbaycanı illərlə geriyə atır. Bu barədə cümə günü ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi bir qrup jurnalistə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ vəziyyətin yaxşılaşdırılması üçün hər cür tədbirlər görür. “Biz bunu həmkarlarımızla görüşlərdə açıq şəkildə edirik. Biz nəyisə açıq şəkildə edirik, nəyisə şəxsi qaydada və bunu davam etdirəcəyik”, – səfir deyib.

ABŞ Azərbaycanda jurnalistlərin və vətəndaş fəallarının həbsinin qarşısını almaq üçün nə edə bilər? Bu suala cavab verən səfir deyib ki, dövlət katibi Blinken insan hüquqları və saxlanmalar məsələsilə bağlı prezident Əliyevə zəng edib. “Ancaq nə baş verdiyini Azərbaycan hakimiyyətindən siz soruşmalısınız”, – səfir qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanın beynəlxalq öhdəlikləri var və ABŞ bu kimi məsələləri bundan sonra da qaldıracaq, müstəqil KİV-i dəstəkləməyə davam edəcək, o deyib.

Azərbaycan hakimiyyəti həbs edilmiş jurnalistlərin və ictimai fəalların işlərini pul qaçaqmalçılığı kimi təqdim edir. Söhbət ABŞ da daxil olmaqla, Qərb ölkələrinin ayırdığı vəsaitlərdən gedir. Bu, ABŞ-a qarşı basqı deməkdirmi?

Bunun cavabında səfir deyib ki, Amerika tərəfi hər şeyi şəffaf edir. Əgər hər hansı narazılıq varsa, bunu Azərbaycan hakimiyyətindən soruşmaq lazımdır.

ABŞ konqresmenlərinin azərbaycanlı məmurlara qarşı sanksiya tətbiq etmək təklifləri ABŞ-Azərbaycan münasibətlərinə necə təsir edəcək?

Səfir bu suala cavab verib ki, bu ideya ABŞ prezidentinin administrasiyasından gəlmir. Səfir bunu kimin irəli sürdüyünü, bu qanun layihəsinin perspektivlərini və orada nə deyildiyini şərh etməyib. Bunun ikitərəfli münasibətlərə necə təsir edəcəyinə gəlincə, diplomat Azərbaycanın rəsmi mətbuatının reaksiyasını oxumağı tövsiyə edib. Ancaq bu cür sənədlərin ortaya çıxmasının qarşısını almaq üçün insan hüquqlarının vəziyyətini yaxşılaşdırmaq lazımdır, o əlavə edib.

Bir il əvvəl USAID Azərbaycan KİV və QHT-lərinə bir sıra layihələr təklif edib və onlar həyata keçirilib. Lakin ötən ilin payızından başlayaraq hakimiyyət bu layihələrdə iştirak edənlərə qarşı cinayət işi açmağa başlayıb. Nə baş verdi? USAİD qrantların  ayrılmasını hakimiyyətlə  razılaşdırmayıbmı, yoxsa rəsmi Bakı razılıq verib, sonra razılaşmanı pozub? Səfir Turan-ın bu sualına birmənalı cavab verməyib. Onun sözlərinə görə, Amerika tərəfi hər şeyi qanun çərçivəsində edib.

“Bu, müstəqil mətbuatı boğmaqla bağlı Azərbaycan hökumətinin qərarıdır. Əgər onlar bunu təqdim edirlərsə, çirkli pulların yuyulması, jurnalistlərin və ictimai xadimlərin təqib edilməsi siyasətin dəyişməsi deməkdir. Niyə bunu edirlər, mən bilmirəm”, – o deyib.

Səfir qeyd edib ki, ikitərəfli münasibətlərə iqtisadi, siyasi və digər sahələrdə ciddi əməkdaşlıq daxildir və bu əməkdaşlıq davam etdiriləcək.

Rəsmi Bakı nə etməlidir ki, Azərbaycanın 44 dövlət məmuruna qarşı sanksiyanın tətbiq edilməsi haqqında qanun qəbul edilməsin? Səfir Turan-ın bu sualına birbaşa cavabdan yayınaraq deyib: “Əgər pozuntulara son qoyularsa, adamlar insan hüquqlarının pozulmasını tənqid edəcəklərmi?”

ABŞ Bakının Moskva ilə isti münasibətlərini və Vaşinqtonla soyuq münasibətlərini necə qəbul edir?

Turan-ın bu sualının cavabında səfir deyib ki, Azərbaycan “təhlükəli qonşular”ın qonşuluğunda yaşayır. Azərbaycan kiminlə münasibət quracağına özü qərar verməlidir, ancaq Rusiyanın Ukrayna, Moldova, Gürcüstan, Suriya və digər yerlərdə hərəkətlərinə baxsaq, Rusiya ilə yaxınlığın “məhsuldar olmadığını” görmək olur.

“Bu, aqressiv, faydasız ölkədir. Azərbaycan bunu nəzərə almalı və öz suverenliyini necə qoruyacağına özü qərar verməlidir”, – o qeyd edib.

Niyə səfir Şuşaya getmir, eyni zamanda Azərbaycanın digər rayonlarına gedir? Səfir Turan-ın bu sualına belə cavab verib: “Burada siyasi səbəblər yoxdur. Hazır olanda gedəcəyəm, hələlik hazır deyiləm”.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button