2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Fəal Elgiz Qəhrəman "Abzas Medianın işi" üzrə şahid qismində dindirilib

İctimai fəal Elgiz Qəhrəman mayın 3-də “Abzas Medianın işi” üzrə şahid qismində dindirilib. Bu barədə jurnalistlərə o özü bildirib.

Fəal istintaq sirrini yaymamaq öhdəliyi ilə əlaqədar verilən sualların məzmununu açıqlaya bilməyib.

Qəhrəman həmçinin bildirib ki, onun ölkədən çıxışına qadağa qoyulub və polis bölməsində bunu onun cinayət işi üzrə şahid olması ilə izah ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

* 2023-cü ilin noyabr ayı – 2024-cü ilin yanvar ayı ərzində Abzas Media ilə əlaqəsi olan səkkiz jurnalist və mətbuat işçisi həbs olunub.

Apreldə bu iş üzrə meclis.info saytının rəhbəri İmran Əliyev və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli də həbs olunub.

İşin bütün fiqurantlarına qarşı “əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta qaçaqmalçılığı” ittihamı irəli sürülüb. Jurnalistlər ittihamları qəbul etmirlər və cinayət işini korrupsiya faktlarını araşdırmaları ilə izah edirlər. Əliyev və Məmmədli ümumiyyətlə Abzas Media-nın fəaliyyəti ilə əlaqələri olmadığını bildiriblər. Hüquq müdafiəçiləri həbs olunanları siyasi məhbus kimi tanıyıb.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button