Ruben Vardannya aclıq aksiyasını dayandırıb
Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı çağırışlara görə həbs edilən Dağlıq Qarabağın keçmiş “dövlət naziri” Ruben Vardanyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında aclıq aksiyasını dayandırıb.
Bunu Vardanyan aprelin 25-də özü telefonla ailəsinə məlumat verib.
Vardanyan aprelin 5-də aclıq aksiyasına başlayıb, onun azadlığa buraxılmasını və bütün digər həbs edilmiş separatçı liderlərin azadlığa buraxılmasını tələbi ilə.
Azərbaycan hakimiyyəti onun tələblərinə reaksiya verməyib və onlara münasibət bildirməyib.
Vardanyan 2023-cü ilin sentyabrında Laçın sərhəd-keçid məntəqəsində Qarabağı tərk edib Ermənistana daxil olmaq istəyərkən həbs edilib.
Ona qarşı bir neçə maddə üzrə cinayət işi açılıb, onu 15 ilə qədər həbs gözləyir.