2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünyaİdman

Hakimi döyən azarkeş cəzasız qaldı

Türkiyədə futbol matçı zamanı hakimi döyən azarkeş cəzasız qalıb. ANS PRESS-in məlumatına görə, həbs olunmaq tələbi ilə polis bölməsinə aparılan 17 yaşlı azarkeş ifadə verdikdən sonra sərbəst buraxılıb. Azarkeşin sərbəst buraxılması ölkədə birmənalı qarşılanmayıb.

Ötən gün Türkiyənin Trabzon şəhərində Hüseyn Avni Aker stadionunda “Trabzonspor” və “Fənərbaxça” matçında qarşıdurma yaşanıb. Oyunun 86-cı dəqiqəsində meydana axışan azarkeşlər futbolçulara və oyunu idarə edən hakimlərə hücum çəkib.

İlk öncə meydana yad cisimlər atan kütlə təhlükəsizlik xidməti əməkdaşlarına məhəl qoymayıb. Qəzəbli “Trabzonspor” tərəfdarı azerkeş kütləsi Onur Recep Kıvrakın qoruduğu qapı tərəfdən maneələri yıxaraq oyun sahəsinə daxil olub.

Saytların yığılması Saytlarin yigilmasi

“Trabzonspor” və “Fenerbahçe” matçında qarşıdurma yaşanıb

Oyunun baş hakimi matçı yarımçıq dayandırılıb. 89-cu dəqiqədə dayandırılan qarşılaşma 4-0 “Fənərbaxça”nın xeyrinə idi. “Fənərbaxça” Türkiyə çempionatında 29 oyundan sonra ikinci pillədədir. İstanbul klubu turnir cədvəlinin lideri “Beşiktaş”dan 14 xal gedidədir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button