2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiyanın məşhur rokçusu reanimasiyaya yerləşdirildi

Rusiyanın məşhur “Alisa” rok-qrupunun solisti Konstantin Kinçev infarkt diaqnozu ilə reanimasiyaya yerləşdirilib. ANS PRESS-in məlumatına görə, hazırda 58 yaşlı rokçu Sankt-Peterburqun klinikalarından birindədir.

Qrupun rəsmi “Facebook” səhifəsində yerləşdirilən məlumata görə, yaxın zamana planlaşdırılan bütün konsertlər təxirə salınıb.

Konstantin Yevgeniyeviç Kinçev (əsil soyadı Panfilov) 1958-ci ildə Moskvada doğulub. “Alisa” qrupuna gəlməmişdən öncə “Zolotaya seredina”, “Üçüncü fan-komanda”, “Sındırılmış ruh” və “İstirahət zonası” kimi az tanınan qruplarda çıxış edib.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya və SSRİ-nin ən məşhur roq-qrupu “Alisa” 1983-cü ildə Leninqradda (Sankt-Peterburq) yaradılıb. Konstantin Kinçev qrupa 1984-cü ildə gəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button