2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Üsamə ben Ladenin meyitinin şəkli indiyədək niyə göstərilmir? – QƏTLİN ŞAHİDİNDƏN ŞOK İDDİA

Dünən son illərin ən mübhəm, qaranlıq və təfərrüatları sona qədər açıqlanmayan, yaxud da açıqlanan versiyasına çoxlarının inanmadığı bir qətlin 5 ili tamam oldu.

Mayın 1-də ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) Üsamə ben Ladenin qətlinin 5-ci ildönümünü qeyd etdi. Sözün əsl mənasında. İdarənin rəsmi Twitter mikrobloqunda 5 il əvvəlin hadisələri sanki indi baş verirmiş kimi retranslyasiya edildi. Amerikalılar və bu mikrobloqu izləyən hər kəs o günün hadisələrini bir daha dəqiqəbədəqiqə yaşadılar.

Bu onlayn-şou dünyada birmənalı qarşılanmadı. Bir çoxları 5 il əvvəl olduğu kimi, yenidən eyni sual qarşısında qaldı: bu əməliyyatın keçirilməsini və ben Ladenin öldürülməsini sübut edə biləcək əsas sənəd — 1 nömrəli terrorçunun meyitinin şəkli niyə göstərilmir?

Saytların yığılması Saytlarin yigilmasi

5 il ərzində bu fotoşəkli say-seçmə adamlardan başqa heç kim görməyib və yəqin ki, heç vaxt görməyəcək. Bəziləri bu fakta əsaslanaraq, konspiroloji fərziyyələr də irəli sürürlər: ben Laden, ümumiyyətlə, öldürülməyib. Bir az da uzağa gedənlər iddia edir ki, belə bir adam heç zaman olmayıb və onun özü də, qətli də uydurmadan başqa bir şey deyil.

Ben Ladenin gizləndiyi evin sxematik görüntüsü

Lakin jurnalist Cek Merfi belə fikirləşmir. Onun daha qalmaqallı iddiası var.

Sözügedən jurnalistin Business Insider jurnalında dərc olunmuş məqaləsində qeyd edilir ki, ən azı ideoloji baxımdan Ağ Ev özünün 1 nömrəli düşməni elan etdiyi şəxsin ölüsünü (fotoşəklini) nümayiş etdirməyə borclu idi.

Bunun niyə baş verməməsinin səbəbini isə həmin hadisələrin canlı şahidi Mett Bissonetin kitabında axtarmaq lazımdır. Bissonet o adamdır ki, ben Ladenin ləğvi əməliyyatı zamanı operator vəzifəsini icra edib və baş verənlərin hamısını qeydə alıb.

Operatorun yazdığına görə, xüsusi təyinatlılar Üsamə ben Ladenə onun ölməsi artıq heç kimdə şübhə doğurmayandan sonra belə atəş açmaqda davam ediblər. Bissonet bildirir ki, ben Ladenin cansız bədəninə ən azı 100 güllə vurulub. Bu cür hərəkətlərə heç cür bəraət qazandırmaq olmaz. Jurnalist Cek Merfi məqaləsində belə yazır.

Ben Ladenin öldürüldüyü ev

Onun fikrincə, ben Ladenin bu görkəmdə fotoşəklinin yayımlanması nəhəng beynəlxalq qalmaqala səbəb ola bilərdi və buna görə də, Ağ Ev həmin görüntüləri üzə çıxarmamağa qərar verib.

Amma istisna etmək olmaz ki, həmin fotoşəkillər də üzə çıxacaq və 5 il əvvəl həyata keçirilmiş əməliyyatın qaranlıq qalan tərəfləri araşdırılacaq.

Əlbəttə, xüsusi təyinatlıların operatorunun da yazdıqlarını son instansiyada həqiqət kimi qəbul etməmək olar. Axı o, hələ də sağdır, kitabının satışından qonorarlar gəlməkdə davam edir. Bunun növbəti sifariş olmadığını kim sübut edə bilər ki?..

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button