2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

7 fevral seçkiləri İlham Əliyevin özünü zəbt etdiyi kürsüyə yenidən təyin etməsi tamaşası olacaq

Milli Şuranın 7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanatı
Azərbaycanda heç bir ictimai müzakirə aparılmadan 2024-cü ilin 7 fevral tarixinə növbədənkənar prezident seçkiləri təyin edilib. 2025-ci ilin aprelində keçirilməli olan seçkilərin nəyə görə 1 il 2 ay önə çəkildiyi ola bilsin, buna qərar verən İlham Əliyevin ailə üzvlərinə məlumdur, lakin ölkə ictimaiyyəti hökumətdən hələ də aydın bir izahat eşitməyib. İlham Əliyev artıq seçkiləri total şəkildə saxtalaşdırmaqla kifayətlənmir, həm də onların qanunla tənzimlənən müddətinə istədiyi vaxt istədiyi şəkildə müdaxilə edir. O, saxta refendumlarla əlində cəmlədiyi aşırı səlahiyyətlərdən şəxsi və ailə maraqları naminə bu məsələdə də sui-istifadə edir. Onun bu davranışı həm də xalqa olan saymazyana münasibətini ifadə edir.
İndiki ictimai-siyasi durum əminliklə deməyə əsas verir ki, 7 fevral seçkiləri sadəcə İlham Əliyevin özünü zəbt etdiyi kürsüyə yenidən təyin etməsindən ibarət bir tamaşa olacaq. Milli Şura hesab edir ki, belə bir tamaşada iştirak xalqa qarşı hörmətsizlik olar və gerçək müxalifət bu seçki tamaşasını boykot etməlidir. Bu mənada Milli Şura özünün təşkilati dayağı olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının bu seçki tamaşası ilə bağlı verdiyi boykot qərarını təqdir edir. Milli Şura həmçinin Müsavat partiyasının da eyni qərarla çıxış etməsini məmnunluqla qeyd edir.
Hazırda Azərbaycan seçki havasını yox, növbəti siyasi repressiya dalğasını yaşayır. Guya növbədənkənar seçkiyə gedən İlham Əliyev təkcə bu qərarını elan etdiyi 7 dekabrdan bəri 2 nəfər jurnalist – Teymur Kərimov və Hafiz Babalı, 1 nəfər ictimai fəal – Möhyəddin Orucov və 1 nəfər siyasətçi – Milli Şura Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu həbs olunub. Ümumiyyətlə isə bu ilin əvvəllərindən bəri ölkədə siyasi məhbus sayı 2 dəfədən də çox artıb və hazırda həbsxanalarda 250 nəfərdən artıq siyasi məhbus var.
Milli Şura Tofqiq Yaqublunun həbsi üzərində ayrıca dayanmağı vacib bilərək hesab edir ki, bu hadisənin özü İlham Əliyevin 7 fevralda seçkiyə yox, seçkinin imitasiyasına hazırlaşdığına ayrıca bir sübutdur. Tofiq Yaqublu Azərbaycan müxalifətinin məhək daşlarından biridir. Onu həbs etmək müxalifətin əl-qolunu bir az da bağlamaq, ağzını daha möhkəm yummaqdır. Müxalifətə nəinki bərabər və azad yarış imkanı tanımayan, hətta onun məhrumuyyətlərlə də olsa, həbslərsiz fəaliyyət göstərməsinə dözməyən bir rejimdən gerçək seçki gözləmək olmaz.
Ölkədə Tofiq Yaqublunun həbsi ilə daha da ağırlaşan hazırkı vəziyyət bundan ibarətdir ki, İlham Əliyev illərdir məhv edilən azad medianın son qalıqlarını da sıradan çıxarmaqla məşğuldur. O, guya seçkiyə hazırlaşdığı bu günlərdə 8 nəfər müstəqil media işçisini uzun müddətə həbs etdirib.
Ölkədə sərbəst toplaşmaq və təşkilatlanmaq faktiki qadağan edilib. Müxalifət sonuncu dəfə 2019-cu ildə mitinq keçirə bilib. İndi gerçək müxalifətçilik etmək hökumətin gözündə faktiki qanundan kənar fəaliyyət göstərməyə çevrilib. Hazırda AXCP-nin 10 nəfər üzvü uzunmüddətli həbs cəzaları ilə siyasi məhbus həyatı yaşayır. Gerçək müxalifət təşkilatı kimi fəaliyyət göstərmək imkanları çox ciddi şəkildə məhdudlaşdırılıb, bu məqsədlə xüsusi qanun da qəbul edilib.
Seçkilərə müxalifətin və başqa maraq qruplarının nəzarət imkanı yoxdur. Seçki komissiyaları tamamilə hökumətin nəzarətindədir. Seçkiləri müşahidə etmək, seçki şikayətlərinə baxmaq mexanizmi mövcud deyil.
Ölkədə uzun illərdir hökm sürən avtoritar rejim seçki institutunu məhv edib, xalqın seçkiyə inamını öldürüb. Xalq çoxdandır ki, rejimin saxta seçki tamaşalarının müşahidəçisinə çevrilib. Milli Şura xalqın öz hakimiyyetini formalaşdırmaq hüququnun təmin edilmesini, azad, ədalətli, etimadlı seçki keçirilməsini tələb edir.
Milli Şura ölkədə hakimiyyət dəyişikliyinin yeganə yolu kimi seçkiləri görür və hakimiyyətdən normal seçkilərə imkan yaratmaq tələblərini bundan sonra da davam etdirəcək. Milli Şura Azərbaycanda nəhayət normal seçkilərə nail olmaq üçün həmçinin beynəlxalq birliklərlə də işləməyə davam edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Azadlıq Qəzeti

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button