Gündəm

92 gündəlik yoluxma aşkarlanıb, 6 ölüm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına

92 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 462 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan mayın 31-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 333 min 956 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 324 min 565-i sağalıb, 4913-ü vəfat edib, aktiv xəstə sayı 4478-ə düşüb.

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 4815, ötən müddət ərzində isə ümumilikdə 3 milyon 513 min 989 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

24 saat” “92 gündəlik yoluxma aşkarlanıb, 6 ölüm” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button