Cəmiyyət
SOCAR-ın vitse-prezidenti istintaqa cəlb edilib? – RƏSMİ
SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun guya istintaqa cəlb olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
SOCAR-ın mətbuat xidmətindənverilən məlumata görə, bu məlumat tamamilə əsassızdır:
“Rəsmi şəkildə bildiririk ki, bu məlumat tamamilə əsassızdır. SOCAR-ın heç bir vitse-prezidenti heç bir cinayət işi üzrə istintaqa cəlb edilməyib”.
Qeyd olunur ki, həqiqətə uyğun olmayan məlumat yayanlar “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq məsuliyyət daşıyırlar. (trend)