2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

5 dəqiqədə stressdən XİLAS EDƏN ÜSUL – FOTOLAR

Qədim Yapon texnikası ilə 5 dəqiqədə bədəndəki stressi azaltmaq olar.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu üsulu tətbiq etməzdən əvvəl bütün barmaqların fərqli hiss və davranışları təmsil etdiyini bilmək lazımdır.

Baş barmaq (Narahatlıq): Gərginlik və stress kimi duyğulara qalib gəlməyə yardım edir.

Saytların yığılması Saytlarin yigilmasi

Şəhadət barmağı (Qorxu): Qorxunu aradan qaldırmağa yardım göstərir.

Orta barmaq (Qəzəb): Qəzəb və incikliyə nəzarət etməyə kömək olur.

Adsız barmaq (Bədbəxtlik): Depressiya və kədərə qalib gəlməyə yardım göstərir, daha qərarlı olmağı təmin edir.

Çeçələ barmaq (Hörmət): Qayğını azaldır, həyata daha optimist gözlə baxmağa kömək edir və özünə inamı qaytarır.

5 dakikada stresten kurtaran yöntem

Orqanizmdə həyat enerjisini toplamaq üçün bir əlinizlə digər əlinizdəki barmağı tutun. Bütün barmaqları növbə ilə 1-2 dəqiqə masaj edərək saxlayın. Damarların döyüntüsünü hiss edirsinizsə, deməli, bu üsul işə yarayır.

Beyninizi rahatlaşdırmaq üçün əlinizin mərkəzi hissəsinə baş barmağınızla yüngülcə basın. Ən az 1 dəqiqə gözləyin. Yaponlar sakitləşmək və daxili balansı təmin etmək üçün hər gün bu texnikaları tətbiq etməyi məsləhət görür.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button