2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

İntihar edən Dəyanətin anası: “Oğlumun ölümü ilə bağlı…”

Tanınmış psixoloq Dəyanət Rzayevin müəmmalı ölümündən 1 ay keçir.

BiG.AZ xəbər verir kiərhumun anası Şərqiyyə Rzayeva modern.az-a açıqlamasında aparılan araşdırmaların nəticəsi barədə məlumat ala bilmədiyini deyib:

“Yalnız “gözləyin” deyirlər. Heç bir məlumat vermirlər”.

Saytların yığılması Saytlarin yigilmasi

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məsələ ilə bağlı bildirib ki, hazırda Dəyanət Rzayevin ölümü ilə bağlı açılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir:

“Ölümün səbəblərinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-tibbi, məhkəmə-psixoloji ekspertizaları təyin edilib. Həmçinin, çoxsaylı şahidlərin ifadələri alınıb. Hazırda faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə açılan cinayət işi üzrə zəruri istintaq tədbirləri aparılır”.

Prokurorluq rəsmisi hələlik ekspertiza rəyinin açıqlanmadığını bildirib.

1971-ci il təvəllüdlü Dəyanət Rzayevin cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanıb.
Ş.Rzayeva oğlunun telefon zənglərinə cavab vermədiyindən narahat olaraq onun evinə gedib. Özündə olan açarla evə daxil olub və oğlunu boynunda kəmərlə boğulmuş şəkildə aşkarlayıb. İlkin ehtimallara görə, D.Rzayevin intihar etdiyi bildirilir. D.Rzayev ölümündən əvvəl yazdığı məktubda hadisədə heç kimin günahı olmadığını, bunun “özünün şəxsi qərarı olduğunu” qeyd edib.

modern.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button