2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Naməlum şəxslər vəkili hədə-qorxu gəlib

Bir qrup naməlum şəxs vəkil, hüquq müdafiəçisi Samirə Ağayevaya hədə-qorxu gəlib. Hadisə fevralın 24-dü axşam saatlarında S.Ağayevanın evinin yaxınlığında baş verib. Bu barədə o özü məlumat verib.

İçərisində 2 nəfərin olduğu avtomobil onu avtobus dayanacağından evə qədər izləyib. Blokun qabağında yüksək sürətlə S.Ağayevanın üstünə sürməyə cəhd edib. S.Ağayeva blok tərəfə keçib və maşın arxaya sürüb.

“Qaranlıq olduğu üçün maşının nömrəsini görə bilmədim. Yuxarı qalxdım, balkondan baxdım. Maşın 5 dəqiqə gözlədi və getdi”, – S. Ağayeva bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Hüquq müdafiəçisi baş verənləri onu qorxutmaq cəhdi kimi qiymətləndirib. O, Turan-ın müxbirilə söhbətində bildirib ki, bu, çox güman, onun hüquq-müdafiə və siyasi fəaliyyəti (S.Ağayeva D18 Hərəkatının sədr müavinidir), məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə etməsilə bağlıdır.

Hüquq müdafiəçisi polisə müraciət edib-etməyəcəyi barədə sualın cavabında deyib ki, avtomobilin nömrəsini görməyib, yaşadığı evin həyətində isə müşahidə kamerası yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button