2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

İslam Oyunlarının ali məktəblərin tədris qrafikinə təsiri ilə bağlı açıqlama

İslam Oyunları keçirilən ərəfədə tələbələrin dərsdən azad olunacağı ilə bağlı məlumatlar yayılıb. Tələbələrdən bir neçəsi “Qafqazinfo”ya müraciət edərək oyunların keçirildiyi 10 gün ərzində paytaxtda baş verəcək sıxlığın qarşısının alınması məqsədilə belə bir addım atılacağını iddia edirlər.

“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün bir neçə ali məktəblə əlaqə saxlayıb. Azərbaycan Pedaqoji Universitetinin Mətbuat Xidmətinin rəhbəri Mənsum İbrahimov bildirib ki, İslam Oyunları keçirilən ərəfədə tələbələrin guya, 10 gün müddətinə dərsdən azad olunacağı ilə bağlı yayılan məlumatalar həqiqəti əks etdirmir: “Oyunların keçirildiyi ərəfədə də universitetdə tədris prosesi adi qaydada davam edəcək”.

Azərbaycan Texniki Universitetinin Mətbuat Xidmətinin rəhbəri Nicat Abdullayev universitetdə belə bir halın olacağını düşünmür: “Çünki İslam oyunları dərs vaxtına düşür və universitet olaraq bizim üçün öncə tədris prosesidir. Bundan əlavə, tələbələrin hər hansı bir məsələ ilə bağlı dərslərdən azad edilməsi universitetin səlahiyyətində deyil. Bu, rəsmi bir prosedurdur və bunun üçün müafiq icra strukturlarının qərarı olmalıdır. Tələbələrimiz dərslərlə paralel olaraq ictimai fəaliyyətlərini davam etdirərək, digər mötəbər tədbirlərdə olduğu kimi İslam oyunlarında da ölkəmizi layiqincə təmsil edəcəklər”.

Saytların yığılması Saytlarin yigilmasi

Bakı Dövlət Universitetinin Mətbuat Xidmətinin rəhbəri Pərvanə İbrahimova da yayılan məlumatların doğru olmadığını vurğulayıb

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button