2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Elgiz Qəhrəman barədə hökm qüvvədə saxlandı

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın 5 il 6 ay azadlıqdan məhrum edilməsi haqda hökm qüvvədə saxlanılıb. Mayın 18-də Bakı Apellyasiya Məhkəməsində Sahibxan Mirzəyevin sədrlik etdiyi hakimlər heyəti bu barədə qərar çıxarıb.

Qərardan öncə gənc fəal özü çıxış edib. Bildirib ki, ona verilmiş narkotik ittihamı tamamilə yalandır. E.Qəhrəmanın sözlərinə görə, avqustun 12-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu saxlayarkən üzərində narkotik olmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

***Buna da bax-‘Elgizin üstündə narkotik olmayıb, polislərin uydurduğu nağıldır’

Narkotiki cibinə polislərin atdığını deyən NİDA-çı fəal konkret ad da çəkib:

«Narkotiki cibimə «bandotdel»in əməkdaşı Sahlar Cəfərov qoydu».

E.Qəhrəman deyir ki, polislər narkotiki atmaqla kifayətlənməyib, evlərində axtarış da aparıblar, mənzilə iki dini kitab qoyub, sonra da onu axtarış zamanı tapılmış kimi qələmə veriblər.

«O kitablardan biri də rus dilində idi. Mən isə ümumiyyətlə, rus dilini bilmirəm», – E.Qəhrəman belə deyib.

Prokuror isə E.Qəhrəmanın şikayətinin təmin olunmamasını, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanılmasını istəyib.

***Buna da bax-NİDA niyə hədəfdədir?

Hakimlər də qısa müşavirədən sonra hökmün qüvvədə saxlanıldığını elan ediblər.

E.Qəhrəmanın vəkili Fariz Namazlı AzadlıqRadiosuna bildirib ki, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

XATIRLATMA

E.Qəhrəman ötən il avqustun 12-də saxlanıb və həmin gün onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Onun üzərindən 3.315 qram heroin tapıldığı iddia olunur. Gənc fəalı bir həftə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayaraq, vəkilini yanına buraxmayıblar.

NİDA-çı gənc yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay azadlıqdan məhrum edilib.

E.Qəhrəman həm özü, həm də fəalı olduğu NİDA Vətəndaş Hərəkatı həbsin siyasi motivlərlə gerçəkləşdiyini bəyan edib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button