2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Nazirlər Kabinetinin külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq əməkdaşının məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rüstəm Bayramov və Nazirlər Kabinetinin sabiq əməkdaşı Münsif Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

APA-nın xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən hər iki şəxs özlərini təqsirli bilməyiblər.

Saytların yığılması Saytlarin yigilmasi

Proses dekabrın 26-da davam etdiriləcək.

İttihama görə, təqsirləndirilən şəxslər zərərçəkmiş iş adamı, “Anari MMC”-min sahibi Sərabi Mənsuru tikinti işi üzrə tenderdə qalib elan etdirəcəklərini deyərək, onu aldadıb və 60 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button