2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

İradə Gülməmədovanın saxta və gerçək imzası: Sərvis Süleymanov erası başa çatdı – VİDEO

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova müavini Sərviz Süleymanovu vəzifəsindən azad edib. İcra hakimiyyətindən unikal.org-a bildirilib ki, Sərviz Süleymanov öz ərizəsi ilə işdən azad olunub. Belə ki, işindən azad olunması üçün S.Süleymanov icra başçısına ərizə ilə müraciət edib. İ.Gülməmmədova da onu vəzifəsindən azad edib. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, S.Süleymanovun vəzifədən uzaqlaşdırılmasına səbəb onun və ətrafının Abşeron rayonundakı özbaşınalıqları, bu özbaşınalqıların vətəndaşlarda doğurduğu narazılıq olub: “S.Süleymanov müavin postunda əyləşən zaman əsas vəzifəsi tikinti sektoruna nəzarət etmək olub. Lakin bu vəzifəyə öz şəxsi maraqları konteksindən yanaşan S.Süleymanov Abşeronda sözün həqiqi mənasında “tikinti jandarması” kimi ad çıxarmışdı. Yerlərdəki casus şəbəkəsi vasitəsi ilə ən xırda tikinti yeniliyindən belə anındaca xəbər tutan S.Süleymanov, başının dəstəsi isə anındaca həmin yerdə peydə olur, təmir xarakterli işə görə belə sadə vətəndalara min bir adla yasaq və qadağalar qoyurdu. Bu isə insanlarda haqlı olaraq narazılıq yaradır və onlarda qəzəb hissi formalaşdırırdı”.
Mənbənin sözlərinə görə, S.Süleymanovun tikinti sektoruna müdaxil o həddə çatmışdı ki, hətta vətəndaşlar hasar çəəkmək və ya həyətində toyuq hini tikmək üçün də sabiq müavinin bu və ya digər şəkildə razılığını almalı olurdu:
“Tutduğu vəzifənin səlahiyyətindən istifadə edərək Abşeron rayonunda “öz qaydalarını” tətbiq edən S.Süleymanov həyətyanı ərazilərdə aparılan xırda tikinti işlərinə də müdaxilə edir, hətta icazəsiz hasar və ya toyuq hini tikməyə cəhd edənlərin arzusunu gözündə qoyurdu. S.Süleymanov hesab edirdi ki, o, rayonun “tikinti kralı”dır və ondan icazəsiz iki kərpicin üst-üstə qoyulması ona qarşı həqarətdir. Məhz bu səbəbdən də sabiq başçı müavini kənd-kənd, qəsəbə-qəsəbə dolaşaraq sadə, kasıb təbəqinin qəniminə çevrilir, onların onsuz da çətin olan həyatını daha da çətinləşdirirdi. Bu səbəbdən də S.Süleymanovun tutduğiu vəzifədən uzaqlaşdırlması ilə bağlı informasiya rayon sakinlərinin böyük sevncinə səbəb olub”.
Onu da xatırladaq ki, bir müddət öncə öncə Abşeron Rayon İcra Hakimiyyətinə məxsus sənədi saxtalaşdıraraq tikintiyə icazə verən şəxs ifşa edildi. Bu haqda mediada geniş xəbərlər dərc olundu. Cumhuriyyet.az həmin məlumatla bağlı oxuculara xatırladır ki, Abşeron rayon İcra Hakimiyyətindən polisə məlumat daxil olub ki, Əkrəm Məlikov adlı şəxs rayon ərazisində saxta sərəncamla tikinti aparıb. Dərhal hadisə yerinə gələn polis araşdırmalara başlayıb. Əkrəm Məlikov ifadəsində bildirib ki, 80 sot torpaq sahəsində ferma tikdirmək üçün əvvəldən tanıdığı 47 yaşlı Şahbaz Cavadova 10 min manat pul verib. Həmin şəxs də ona Abşeron rayon İcra Hakimiyyətindən sərəncam alıb. Əməliyyat-axtarış tədbirlərinə başlayan Abşeron rayon Polis İdarəsinin əməkdaşları dələduzluqda şübhəli bilinən Şahbaz Cavadovu Sumqayıt şəhərində saxlayaraq istintaqa cəlb edib. Dindirmə zamanı Şahbaz Cavadov Abşeron rayon İcra Hakimiyyətinin başçısının imzasını saxlaraşdırmaqla sərəncam hazırlamasını etiraf edib. Faktla bağlı Şahbaz Cavadov barəsində Abşeron rayon Polis İdarəsində dələduzluq və dövlət sənədini saxtalaşdırma maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir. ,Cavadovun hadisəylə bağlı açıqlamasını diqqətinizə çatdırırıq:

Olayla bağlı maraqlı məqamlardan biri vətəndaşın icra hakimiyyətinin tikintiyə sərəncam sənədinə pul küllü miqdarda pul verməsidirsə, digəri Şahbaz Cavadovun şəxsiyyətidir. Gülərək və kənardan idarə ilə(icra ba.çısının adının kənardan diqtə olunması aydın eşidilir) Abşeron rayon icra başçısı İradə Gülməmmədovadan üzr istəyən bu “qəhrəman” kimdir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, Şahbaz Cavadov Abşeron Rayon İcra Hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Sərvis Süleymanovun doğma dayısı oğludur. Mənbəmizin sözlərinə görə, Ş.Cavadovun Abşeron rayon icra hakimiyyətində iş həll edə bilmə etimadı da məhz qohumunun burda işləməsi ilə bağlıdır. Sərvis Süleymanov şəxsiyyəti də kifayət qədər maraqlıdır. Bu şəxlə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı öyrəndik ki, əslən Naxçıvandan olan Sərvis Süleymanov əvvəllər Sumqayıt şəhərindəki Mənzil-İstismar sahələrindən (MİS) birinə rəhbərlik edib. Abşeron rayonunun sabiq icra başçısı Zakir Fərəcovla Sərvis Süleymanovun münasibətlərinin təməli də Sumqayıtda qoyulub. Belə ki, Z.Fərəcov Sumqayıt şəhər bələdiyyəsinin sədri işlədiyi zaman S.Süleymanov da MİS rəisi olub və bu iki şəxs arasında mövcud olan işgüzar münasibət sonradan dostluğa çevrilib. Z.Fərəcovun Abşeron rayon icra hakimiyyətinin başçısı təyin olunması isə dostlar qarşısında geniş imkanlar açıb və S.Süleymanov icra hakimiyyətində müavin postunadək yüksəlib. Düzdür, İradə xanım Abşeron rayon icra başçısı təyin olunanda S.Süleymanovun vəzifəsini aşağı salıb, amma Fərəcovun Sumqayıtlı dostu zamandan lazımınca bəhrələnərək özünə ciddi kapital formalaşdıra bilib. Bununla bağlı cumhuriyyet.az olaraq mediada yer alan tək bir məlumatı diqqətinizə çatdırırıq: “Abşeron rayonunun Fatmai kəndi ərazisində Sərvis Süleymanovun özünün, həyat yoldaşının və bacısının adına torpaq sahələri götürüb”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button