2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Əliyev hökuməti üçün müxalif süpürgəçi də təhlükədir”

Daha bir AXCP üzvünü siyasi baxışlarına görə işdən azad ediblər. Gənc fəal Mehti Nağıyevi Abşeron MTK- da müqavilə əsasında təmizlikçi işləyirmiş. Müqavilənin bir ili tamam olduğu ərəfədə onu çağırıb müqavilə müddətinin başa çatdığını deyiblər. Bu barədə M. Nağıyev FB səhifəsində bunları yazıb: “2017 ci ilin yanvarın 19- da “Port Baku Residence”də fəaliyyət göstərən Abşeron MTK- da (hamı Paşa Holdinq kimi tanıyır) təmizlik şöbəsində təmizlikçi kimi işə başladım. 2018- ci ilin yanvarın ortalarına kimi hər şey yaxşı idi. İşimlə bağlı heç bir problem yaranmamışdı. Yanvarın ortasında dedilər ki, (ayın 14 və ya 15-i i) müqavilə müddəti bitdiyinə görə ayın 19 da işdən xaric olunursan. Oktyabrın 5-ni xatırladım.
Həmin gün iş vaxtımda “Port Baku Residence”nin Mühafizə xidmətinin rəisi Fuad Nəsrullayev yanına çağırdı. Mənim haqqımda sorğu göndərildiyini dedi( səhv etmirəmsə, Daxili İşlər Nazirliyindən). Onun üçün təhlükə yaratdığımı dedi. Niyə aktiv olduğumu, nə istədiyimi soruşdu. Mən də səbrlə izah etməyə çalışdım. Səmimi görünən Fuad bəy öz işim olduğunu, hər kəsin düşüncələrində sərbəst olduğunu söylədi. Zarafatla “yəqin ki, məni müqaviləm bitəndə işdən çıxararlar” dedim. O isə bunun işə dəxli olmadığını dedi. Artıq bu gün əmək kitabçamı aldım. Rəsmi olaraq işsizəm. Axmaqların məntiqi ilə fikirləşsək, müxalif universitet müəllimini işdən çıxartmaq lazımdır. Niyə ? Çünki o tələbələr arasında təbliğat aparar. Müxalif həkimi, məktəb müəllimləri, hansısa nazirlik işçiləri bu qəbildəndir. El dili ilə desək, süpürgəçi nə edə bilər axı? Nə isə. İlham Əliyev hökuməti üçün bir müxalif süpürgəçi də təhlükədir.”

Keçən ilin son mitinqlərində yüzlərlə fəalın polis idarələrinə çağırılıb, dosyelərinin götürüldüyünü xatırlasaq, hər şey aydın olur. O “dindirmələr”dən sonra işdən çıxarılan bir çox fəalın yaxınlarına açıqca “dövlətə qarşı çıxanlar dövlətdən maaş ala bilməzlər” demişdilər. Nə yazıq ki, bir ölkəni idarə edən primitiv səviyyəli adamların dövlətçilik düşüncəsi bura qədərdir. Bu düşüncə tərzi 25 ildə onlara dövlətlə hökumətin fərqini öyrənmək imkanı vermədi. Elə bu üzdən də, 25 ildir ölkəni ata-bablarından miras qalan özəl müəssisə kimi idarə etməkdən çəkinmirlər.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button