2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Murad Adilov ”kars”a salınıb

AXCP üzvünün 3 gündür aclıq aksiyası keçirdiyi bildirilir

3 gündür aclıq aksiyası keçirən AXCP üzvü Murad Adilovu “kars”a salıblar. Bu barədə Murad Adilovun qardaşı Natiq Adilov “Facebook” səhifəsində məlumat yayıb.

10 saylı cəzaçəkmə müəssisəsində saxlanılan AXCP üzvü Murad Adilov sentyabrın 7-dən aclıq aksiyasına başlayıb.

Murad Adilov haqqında çıxarılan ədalətsiz hökm və qərarlara etiraz olaraq aclıq edir.

Saytların yığılması Saytlarin yigilmasi

4 ildir həbsdə olan Murad Adilov haqqında sonuncu məhkəmə qərarı sentyabrın 5-də çıxarılıb. Saxlandığı cəzaçəkmə müəssisəsində onun vaxtından əvvəl azadlığa buraxılma ilə bağlı müraciətinə baxılıb və təmin olunmayıb.

M.Adilov 2014-cü il avqustun həbs olunub. Onun üzərindən narkotik tapıldığı iddia edilir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilən M.Adilov narkotik ittihamını rədd edir və qardaşı N.Adilovun fəaliyyətinə – hökuməti tənqid edən yazı və çıxışlarına görə cəzalandırıldığını bildirir.

N.Adilov AXCP mətbuat xidmətinin rəhbəri, “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” televiziya proqramının əməkdaşıdır.

Yerli və beynəlxalq insan haqları müdafiəçiləri də M.Adilovun həbsini siyasi motivli sayır.

“Amnesty İnternational” M.Adilovu “vicdan məhbusu” elan edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button