2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

BŞİH-in şöbə müdiri vəzifədən azad edildi – YENİ TƏYİNAT

Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri Əli Əsgər оğlu Əsgərоv vəzifədən azad edilib.

Bununla bağlı şəhər icra hakimiyyəti başçısının müavini Eldar Əzizov müvafiq əmr imzalayıb.

Həmin vəzifəyə Coşqun Adil оğlu Cəbrayılov təyin olunub.

C.Cəbrayılov bundan əvvəl Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, daha əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətində də bu vəzifəni icra edib.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə BŞİH başçısının müavini vəzifəsinə Eldar Əzizov təyin olunub. Hazırda E.Əzizov BŞİH başçısı səlahiyyətlərini icra edir.

“Report”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button