2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Ağcabədidə şok: icra başçısı ilə sahibkarların məhkəmə davası – VİDEO – Savash.org


Ağcabədi rayonu ilə bağlı şikayətlər bitib-tükənmək bilmir. Son aylar bu rayondan cumhuriyyet.az-a şikayət məktubları daha çox gəlməkdə davam edir. İnsanlar rayonda şikayət etmək üçün, dərdlərini söyləmək üçün ünvan tapa bilmirlər. Rayon icra hakimiyyətinin uğursuz başçısı Şahin Məmmədov başının dəstəsi ilə birlikdə rayonda müasir dövrün şahlıq inistitunu yaradıb. Rayonda bütün dövləti postlarda təmsil olunanlar Şahin Məmmədov tərəfindən çirkaba bulaşdırılıb. İnsanların az qala yaşamaq hüququna müdaxilə olunur. Rayonda sosial bərabərsizliklər üzündən hər gün narazılıqlar artan xətt üzrə inkişaf edir.

İcra başçısı və birinci müavini Rövşən Əhmədovun adı ən çirkin əməliyyatlarda, maxinasiyalarda hallanır. Çünki bütün baş verənlər birbaşa onların göstərişi ilə həyata keçirilir. Rayon rəhbərliyi son vaxtlar rayonun Afşar kəndinin ərazisində yüz (100) nəfər sahibkara məxsus 0n min (10. 000)hektar torpaq sahələrini ələ keçirmək üçün olmazın variantlara əl atsalar da hələ ki, bu çirkin niyyətlərinə çatmayıblar. uuYerli mənbələrdən cumhuriyyet.az-a daxil olan məlumata görə rayon rəhbərliyi bu torpaqları ələ keçirmək üçün hətta “Paşa Holdinq”in adından belə istifadə ediblər. Onlar dövlət başçısı və onun yaxın qohumları olan Paşayevlərin adını bu məsələyə qatmaqla hesab edirdilər ki, əhalini ruhdan salacaqlar və belə rəy yaranacaq ki, onsuz da gücümüz çatmayacaq, vaxtında buraları tərk edək. Ancaq cərəyan edən proseslər bu variantın yalan olduğunu üzə çıxarıb. Məlum olub ki, bu plan heç də dövlət başçısının yaxınlarına deyil, əslində Şahin Məmmədovun uydurmasıdır. Şahin Məmmədov bu əraziləri hansısa işbazlara sataraq külli miqdarda var əldə etməyə çalışır. Bütün bunlar baş tutmayanda rəhbərlik şərə-böhtana üz tutur. Belə ki, ayrı-ayrı məmurların əli ilə əslində Şahin Məmmədovun, onun birinci müavini Rövşən Əhmədovun təhriki ilə idarə müəssisə rəhbərləri sahibkarları məhkəməyə verməyə başlayıblar. Onlar iddia edirlər ki, sahibkarlar mütəmadi şəkildə KİV-ə yanlış və qərəzli informasiyalar ötürməklə, onların şərəf və ləyaqətini alçaltmış və işgüzar nüfuzlarına xələl gətirmişlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bu vəziyyət də sonuna kimi uğur gətirmədiyi üçün bu dəfə icra başçısı Şahin Məmmədov və birinci müavin Rövşən Əhmədov qollarını çırmalayıb sahibkarlara qarşı hücuma keçiblər. Onlar sifarişlə rayon məhkəməsinin hakimlərini də ələ alaraq onları ədalət mühakiməsinə deyil, Şahin Məmmədov və Rövşən Əhmədovun müdafiəsini təşkil etməyə sövq edə bilmişlər. Belə məhkəmə proseslərindən biri də 12 yanvar 2016 cı il tarixində səhər saat 09:30-da Ağcabədi rayon məhkəməsində keçirildi. Proses zamanı məlum oldu ki, rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov sahibkarlar Nizami Nərimanovu, Elqayıt Kərimovu və Akif Alıyevi xüsusi ittiham qaydasında məhkəməyə verib. İcra başçısı sahibkarları onu təhqir etdiklərinə görə, mütəmadi şəkildə kiv-də haqqında qərəzli informasiyalar verdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmalarını tələb edir. Prosesi aparan hakim Etibar Quliyev iddiaçı tərəfin nümayəndəsinin prosesə gəlməməsini əsas gətirərək, prosesi 19 yanvar səhər saat 10:30 təyin etdi. Prosesdə yetmiş (70) nəfərə yaxın vətəndaş iştirak edirdi. Proses zamanı məlum oldu ki, elə həmin gün, günün ikinci yarısında saat 15:30-da Şirvan Apelyasiya məhkəməsində daha üç nəfər sahibkarın işinə baxılacaq. Bunlar Şükür Hacıyev, Nizami Nərimanov və Bulud Quliyevdir. Bu şəxsləri də icra başçısının birinci müavini Rövşən Əhmədov xüsusi ittiham qaydasında məhkəməyə verib. Rövşən Əhmədov da sahibkarlara qarşı eyni iddiadadır. ttProsesdə cavabdeh Nizami Nərimanov hakimdən tələb etdi ki, növbəti prosesə icra başçısı Şahin Məmmədovun gətirilməsini təmin etsin: “Mən ona sübüt edəcəyəm ki, o rüşvətxordur, korrupsionerdir və sair cinayətlərə imza atıb. Ona görə bu sözləri onun birbaşa üzünə demək istəyirəm. Xahiş edirəm növbəti prosesdə onun məhkəmə iclasına gətirilməyini təmin edəsiniz. Digər cavabdeh Elqayıt Kərimov da tələb etdi ki, Şahin Məmmədov prosesə gəlməlidir və bu oyunlarını izah etməlidir. Yoxsa bu dəfə biz ona qarşı iddia qaldıracağıq və axıra kimi gedəcəyik”. Digər cavabdeh Akif Alıyev qeyd etdi ki, Şahin Məmmədov haqqında uzun illərdir ki, respublikada fəaliyyət göstərən xeyli sayda KİV vasitələri ifşa edici yazılarla çıxış edirlər: “Yaxşı Şahin Məmmədov niyə KİV deyil, biz sahibkarları məhkəməyə verir? Deməli niyyəti təmiz deyil. Ona görə xahiş edirəm ki, növbəti prosesdə onun burada iştirakını təmin edəsiniz”.

Proses sona çatdıqdan sonra icra başçısının fəaliyyətini sərt tənqid edənlər Eldar Əhmədov, Rasim Paşayev və sairlər baş verənlərə öz iradlarını bildirdilər. Rasim Paşayev qeyd etdi ki, mən cənab prezidentə yazmışam ki, məni Şahin Məmmədovla birlikdə qəbul edin, mən sizin yanınızda onün üzünə deyim və sübut edim ki, o rayonda hansı əxlaqa zidd işlərlə məşğul olur. Prosesə münasibət bildirənlərdən bir də tanınmış vəkil, ictimaiyyət nümayəndəsi Əlayıf Həsənov da baş verənləri qanunlara hörmətsizlik kimi dəyərləndirdi. Vəkil qeyd etdi ki, hazırkı dönəmdə məhkəmələr qanunların aliliyini deyil, məmurların siyasi iradəsini müdafiə edirlər.:”Eyni gündə icra başçısı və müavininin sahibkarları məhkəməyə verməsi ondan xəbər verir ki, bunlar xalqa deyil, yəni öz işləri ilə deyil başqa işlərlə, sərbəst fikrini ifadə edənlərin səslərinin boğulması istiqamətində işləyirlər. Vəkil qeyd etdi ki, prezidentin şəxsi nümayəndəsinin məhkəmələrdən vətəndaşlara qarşı dəyənək kimi istifadəsi yol verilməzdir və ölkəmizin beynalxalq öhdəliklərinə hörmətsizlik, sayğısızlıq kimi qiymətləndirilməlidir”.

Müşahidələrimizə görə bu oyunda icra başçısı zəif durumda görünürdü. Çünki onlar sanki əlacsız durumda qaldıqları üçün məhkəmə yolunu tutanlar kimi görünürdülər. Cavabdehlərin məmurların üzərinə inadla getməsi hesab edirik ki, onların daha haqlı olduqlarının sübutu kimi qiymətləndirilə bilər. Təəssüf doğuran məsələ bundan ibarətdir ki, bütün baş verənlərə rəğmən Şahin Məmmədova gözün üstə qaşın var deyən yoxdur. Sonda proses öncəsi və sonrası şikayətçilərin dediklərini sübut edəcək video müsahibələri təqdim edirik.

Redaksiyadan:Yazıda adları keçən şəxslər icra başçısı Şahin Məmmədovun, birinci müavin Rövşən Əhmədov və digər şəxs və dövlər qurumlarının mövqeyini məmuniyyətlə dinləyib dərc etməyə hazırıq. Bir daha qeyd edirik ki, biz burada tərəf deyilik və hər hansı tərəflə şəxsi problem və qərəzimiz yoxdur. O, üzdən istənilən vaxt bütün tərəfləri dinləməyə hazırıq.
Elçin İsmayıllı. Cumhuriyyət. az





Savash.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button