Cəmiyyət
Daha bir dövlət qurumunda əməliyyat – İdarə rəisi tutuldu
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.
İdarənin əməliyyat qrupu Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-də əməliyyat-axtarış tədbirləri aparıb.
Əməliyyat çərçivəsində “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlunun saxlanıldığı bildirilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən əməliyyatın keçirilməsi barədə məlumatı saytımıza təsdiq ediblər. Bildirilib ki, əməliyyatın nəticələri barədə ətraflı məlumat veriləcək.