2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Şlyapa Zahid” barəsində istintaq yekunlaşdı

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev barəsində istintaq yekunlaşıb.

Ona qarşı başlanmış cinayət işi üzrə toplanan materiallar baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilib.

İstintaq dövründə onun MN-in bir sıra vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq rüşvət aldığı üzə çıxıb. Z.Niftəliyevin vəzifədə olan zaman əsgər mağazalarına himayədarlıq etdiyi, hərbi qulluqçuların xidməti yerdəyişmələrini təşkil etdiyi və s. cinayətlər törətdiyi məlum olub.

Saytların yığılması Saytlarin yigilmasi

Z.Niftəliyevin cinayət işi üzrə 17 nəfər zərərçəkmiş şəxs kimi tanınıb.

Qeyd edək ki, “Şlyapa Zahid” ləqəbi ilə tanınan baş zabit həm də Ordunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı hesab edilirdi. (Qafqazinfo)

24 saat” ““Şlyapa Zahid” barəsində istintaq yekunlaşdı” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button