2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Vaqif Axundovun 8 il iş alan polkovnik bacısı oğlu hansı şərtlə azadlığa buraxılıb?

Rüşvət almaqda şübhəli bilinərək 2 il öncə həbs edilmiş general-polkovnik Vaqif Axundovun bacısı oğlu Vüsal Babayevlə bağlı hökmün detalları bəlli olub.

V.Babayev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 8 il şərti cəza alaraq azadlıqda qalıb.

Hökm bir müddət əvvəl çıxarılsa da, məlumat ictimaiyyətdən gizli saxlanılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Belə ki, V.Babayev 2021-ci ildə rüşvət ittihamı ilə həbs olunmuş, 2 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılmışdı. Məhkəməsi dövründə o, ev dustaqlığında olmuşdu. Hökmdən sonra isə üzərindəki ev dustaqlığı da ləğv edilib və 8 il şərti cəza alıb.

Qeyd edək ki, V.Babayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi olub. O, sözügedən vəzifəyə SHXÇDX-nin rəisi general-polkovnik Arzu Rəhimovun əmri ilə 2018-ci ildə təyin olunub. O, bu vəzifəyə respublikanın keçmiş Hərbi Komissarı və sabiq deputat Əliağa Hüseynovun qardaşı oğlu Namiq Hüseynovun yerinə gətirilmişdi. Barəsində cinayət işi başlandıqdan sonra işdən azad edilib.

Onun dayısı Vaqif Axundov isə general-polkovnikdir. O, 2003-2020-ci illərdə Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi olub.

24 saat” “Vaqif Axundovun 8 il iş alan polkovnik bacısı oğlu hansı şərtlə azadlığa buraxılıb?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button