2023-02-23 15:51:05
class=”medianet-inline-adv”>
Rusiya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə Rusiya-Ukrayna sərhədində, Belqorod vilayətində qəzaya uğrayıb.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada missiyasını başa vuran Su-25 tipli döyüş təyyarəsinin Belqorod vilayətindəki hava limanına qayıdarkən qəzaya uğradığı bildirilib. Qəzanın səbəbi hələlik məlum olmasa da, təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğramış ola biləcəyi qeyd edilib. Nazirlik təyyarənin boş sahəyə çırpılması nəticəsində ərazidə hər hansı dağıntı olmadığını və pilotun dünyasını dəyişdiyini açıqlayıb.
Rusiyanın Ukraynaya hücumları başlayandan bəri sərhəd bölgəsi Belqorod dəfələrlə hücumların hədəfinə çevrilib.
Tərcümə“24 SAAT”