2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ərdoğansız Avropa sammiti

“Newsmaker”in materialı

Yaxın günlərdə yenidən Türkiyənin prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğan Avropa siyasi cəmiyyətinin iyunun 1-i Moldovada keçirilən sammitində iştirak etmir. Daha əvvəl onun sammitdə iştirakı barədə xəbər verilib, lakin mayın 31-də Ərdoğanın sammitə gəlməyəcəyi deyilib.  

Ərdoğanın sammitə gəlməyəcəyi barədə ilk xəbəri “Politico” yayıb. Daha sonra Türkiyə prezidentinin samitə gəlməyəcəyini rəsmi şəkildə təsdiqləyiblər.

Saytların yığılması Saytlarin yigilmasi

Rəcəb Tayyib Ərdoğan mayın 28-də yenidən Türkiyənin prezidenti seçilib. Daha sonra Ərdoğanın administrasiyası onu qələbə ilə bağlı təbrik edən liderlərin siyahısını dərc edib. Siyahıda Qaqauziyanın hazırkı başqanı İrina Vlax olduğu halda, Moldova Prezidenti Maya Sandu olmayıb.

Hərçənd, çətin ki, bu, Ərdoğanın Avropa sammitinə gəlişinə təsir etsin.

Siyasi elmlər doktoru Anjela Kolaski hesab edir ki, Ərdoğanın sammitə gəlməməsinin bir neçə səbəbi var. Lakin onların heç biri Moldova ilə əlaqəli deyil.

Birinci mümkün səbəb – Ermənistanla Azərbaycan arasındakı müqavilə ətrafında yaranmış vəziyyətdir

Sammitdən bir neçə gün əvvəl xəbər yayıldı ki, Moldovada Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlana, beləliklə də, on illərlə davam edən Dağlıq Qarabağ münaqişəsi bitə bilər. Rəsmi olaraq heç kəs bu məlumatı təsdiqləmədi. Vəziyyətin nizamlanması haqqında müqavilənin məhz bu sammitdə imzalanacağı da indiyədək məlum deyil. Amma, yəqin ki, bu mövzu ətrafında müzakirələr olacaq.

Kolaski ehtimal edir ki, Ərdoğanın forumda iştirak etməkdən boyun qaçırması bu müqavilənin kuluar detalları, həmçinin Rusiyanın bunda rolu ilə bağlı ola bilər.

“Çox şey mötərizə içərisindədir. Bəlkə də Türkiyə ilə Rusiya bu məsələ üzrə konsensusa gəlməyib. Ərdoğanın iştirakı ilə bu müqaviləyə qol çəkilməsi ondan xəbər verərdi ki, sülh Türkiyənin hamiliyi ilə bağlanır. Bu isə Rusiyanın xoşuna gəlməyə bilər”, – ekspert deyir.

İkinci mümkün səbəb – sırf rəsmidir

Bəlkə də Ərdoğanın yoxluğunun sadə səbəbi var, Kolaski sözünə davam edir:
“Onu lap yaxın günlərdə yenidən prezident seçiblər və indi o, diqqətini xarici siyasətdən daha çox Türkiyənin daxili məsələlərinə yönəldib”.

Üçüncü mümkün ehtimal – NATO-dakı ziddiyyətlərdir

Anjela Kolaskinin dediyinə görə, Ərdoğanın sammitdə iştirak etməməsi NATO daxilindəki ziddiyyətlərlə də bağlı ola bilər. Türkiyə İsveçin NATO-ya daxil olmasını bloklayır. Bu, Stokholmun “Kürdistanın işçi partiyası” kürd hərbi təşkilatını dəstəkləməsi ilə bağlıdır. Belə ki, İsveç onlarla adamı, – Ankara onları qadağan olunmuş kürd qruplaşmaları və 2016-cı ilə dövlət çevrilişi cəhdi ilə əlaqələndirir, – Türkiyəyə vermir.

“Ərdoğanın sammitdə iştirak etməməsi NATO üçün ismarış ola bilər: o, isveçlilərlə görüşmək istəmir”, – Kolaski deyir.

***

2023-cü il, iyunun 1-də Moldovada ölkə tarixində misli görünməmiş hadisə baş verir. 50-yə yaxın prezident, baş nazir və yüksək mənsəbli Avropa məmurları Avropa siyasi cəmiyyətinin sammitində iştirak etmək üçün Moldova Respublikasına gəlib. Sammit Kişinyovdan təxminən 35 kilometr aralıda, Novoanensk rayonunun Bulboaka kəndində, Mimi qəsrində keçirilir.

Sammitin qonaqları siyahısındakı bəzi dəyişikliklər son anda məlum olub. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sammitə gəlməkdən imtina edib, əvəsində sammitə ilk gələnlərdən biri Ukrayna Prezidenti Vladimir Zelenski olub. Prezidentin iştirakı təhlükəsizlik məqsədilə son anadək məxfi saxlanılıb.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button