XəbərlərYerli biznes xəbərləri
Azərbaycanın şərab zavoduna yeni rəhbər təyin edildi
Azərbaycanda şərab zavodlarından biri – Mərəndi Şərab Zavoduna yeni icraçı direktor təyin edilib.
Banker.az-ın məlumatına görə, Murtuza Səfərov Xanbaba oğlu “Mərəndi” MMC-yə yeni direktor təyin edilib.
Ona qədər bu vəzifədə Vüqar Heydərov Nəriman oğlu idi.
Şirkət 2016-cı ildən dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 100 manat kimi göstərilir.