Sığorta xəbərləriXəbərlər
“Xalq Sığorta” bu il 7 milyon manatdan çox pul itirib
“Xalq Sığorta” ASC-nin 2023-cü ilin yanvar-iyun ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.
Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma tendensiyası davam edib.
Şirkət yanvar-iyun ayında 12.037 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 7.236 mln. manat və ya 38% azalma deməkdir. Ötən ilin eyni dövründə bu göstərici 19.273 mln.manat təşkil edirdi.