2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

AB-dən Rusiyaya növbəti zərbə – Qərar gələn həftə Brüsseldə açıqlanacaq

Avropa Birliyi (AB) Rusiyaya qarşı əsas iqtisadi sanksiyaları daha 6 ay uzatmaq barədə razılığa gəlib.

«Reuters»in diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, qərar qurumun dekabrın 15-də Brüsseldə keçirilən iclasında elan olunacaq.

“Sanksiyaların müddəti yanvarın sonunda başa çatırdı. Müddətin daha 6 ay uzadılacağına heç bir şübhə yoxdur», deyə məlmuatda bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Beynəlxalq maliyyələşməyə məhdudiyyətləri, Moskva ilə müdafiə və energetika sahəsində əməkdaşlığa qadağanı nəzərdə tutan sanksiyalar Rusiyanın Krımı ilhaqına və Ukraynanın şərqində separatçılara dəstək verməsinə cavabdır.

Sonuncu dəfə Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları 2016-cı ilin sentyabrında uzatmışdı. Qərar Rusiya, Ukrayna və Krımdan olan 146 fiziki, 37 hüquqi şəxsi əhatə edir.

azadliq.info

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button