2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ABŞ Bakı və Yerevanı tezliklə sülh sazişi bağlamağa çağırıb

Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülhsevər addımları alqışlayır və tərəfləri tezliklə sülh sazişi əldə etməyə çağırır.

Toplum TV xəbər verir ki, bunu yanvarın 18-də ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller “Turan” xəbər agentliyinin sülh prosesinin hazırkı vəziyyəti haqqında sualını cavablandıran zaman bildirib.

“Biz hər iki ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Ümid edirik ki, onlar bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyan davamlı sülh müqaviləsi imzalayacaqlar və bu nə qədər tez olsa, bir o qədər yaxşıdır”, – Miler açıqlamasında vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, son bir il ərzində tərəflər əhəmiyyətli irəliləyiş əldə ediblər: 

“Biz onları əvvəlki danışıqlara əsaslanaraq bu sürəti qoruyub saxlamağa təşviq edirik və sülh sazişi imzlamağa çağırırıg”.

Bununla belə, Miller Dövlət Departamentin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun Ermənistana son səfəri və ordakı görüşlərinin təfərrüatlarını açıqlamaqdan çəkinib.

 

 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button